
Hikmət Hacıyev: "Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər"
"Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər".
"Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.
O qeyd edib ki, Azərbaycan bölgədə ölkələrin öz nizamını qurmalı olduğunu deyib:
"Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır".
Hikmət Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.
"Türkiyə və Azərbaycan arasında bu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də burada daxil edə bilərik".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətTürkiyə Gümrüyə uçuşlara başlayır? - Paşinyan açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə aviaşirkətlərinin Gümrü şəhəri üzərindən də uçuşlara başlayacağını gözləyir.
SiyasətElçin Əmirbəyov: "TDT əlaqələndirici platforma kimi rolunu artırır"
"Türk Dövlətləri Təşkilatı (TDT) qarşılıqlı əlaqəlilik layihələrinin koordinasiyası platforması kimi getdikcə daha mühüm rol oynamağa başlayır".
SiyasətPrezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı GÖRÜNTÜLƏR
Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edib.
SiyasətHikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Korao Faria ilə görüşüb.