
KİV: İran ABŞ-dən altı vətəndaşını geri aldı
İran hakimiyyəti ABŞ hərbçiləri tərəfindən ələ keçirilmiş konteyner gəmisinin altı heyət üzvünün azad olunmasına nail olub.
İran hakimiyyəti ABŞ hərbçiləri tərəfindən ələ keçirilmiş konteyner gəmisinin altı heyət üzvünün azad olunmasına nail olub.
Gundem.today xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Məlumata görə, azad edilən altı nəfər artıq ölkəyə qaytarılıb. Rəsmi Tehran gəmidə qalan 22 iranlının da azad olunması istiqamətində səylərini davam etdirir.
Xatırladaq ki, aprelin 20-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Oman körfəzində İran bayrağı altında üzən konteyner gəmisinin ələ keçirildiyini bildirmişdi.
ABŞ tərəfi bunu İran limanlarına tətbiq olunan blokadanın təmin edilməsi çərçivəsində həyata keçirdiyini açıqlamışdı.
Bildirilmişdi ki, gəmi tələblərə tabe olmaqdan imtina etdikdən sonra ABŞ esminesi onun mühərrik bölməsini zədələyib, daha sonra isə amerikalı dəniz piyadaları gəminin göyərtəsinə qalxıblar.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı
ABŞ Federal Ehtiyat Sistemi (FED) Birləşmiş Ştatların mərkəzi bankı funksiyalarını yerinə yetirən qurum olaraq aprelin 28-29-da keçirilən iki günlük iclasın yekunlarına əsasən faiz dərəcəsini illik 3,5-3,75 faiz səviyyəsində saxlayıb.
DünyaTramp: "Putin bir müddət əvvəl sülh müqaviləsi bağlamağa hazır idi, lakin..."
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin bir müddət əvvəl sülh sazişi bağlamağa hazır olduğunu, lakin bəzi insanların ona mane olduğunu bildirib.
Dünyaİsveç vətəndaşlığının alınması tələbləri sərtləşdirildi
İsveç parlamenti ölkə vətəndaşlığının alınması tələblərini sərtləşdirən qanun qəbul edib.
DünyaErmənistanda Karapetyanın partiyasının tərəfdarları rüşvətə görə saxlanıldılar
Ermənistanın Antikorrupsiya Mübarizə Komitəsi iş adamı Samvel Karapetyanın Güclü Ermənistan partiyasının beş tərəfdarının seçki rüşvəti vermə maddəsi ilə açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.