Son dəqiqə
Zelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"Türkiyədən Yunanıstana sərt cavab"Son zəng"in keçiriləcəyi tarix AÇIQLANDIBDU-da "Danışır təcrübə" layihəsinin növbəti qonağı "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı olub - VİDEO53 nömrəli marşrutun avtobusları yenilənirTramp: "Ələ keçirdiyimiz İran gəmisində "xoşagəlməz hədiyyə" olub"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Ermənistanda kilsə ilə bağlı yeni qərar verilə bilər
Ermənistanda kilsə ilə bağlı yeni qərar verilə bilər
Dünya

Ermənistanda kilsə ilə bağlı yeni qərar verilə bilər

Bu gün
17:40
0 baxış
Paylaş:

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Erməni Apostol Kilsəsinə vergi tətbiq etmək niyyətində olduğunu bəyan edib. O, bunu partiyasının seçki kampaniyasında irəli sürüb.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə hakimiyyətinin Erməni Apostol Kilsəsinə vergi tətbiq etmək niyyətində olduğunu bəyan edib. O, bunu partiyasının seçki kampaniyasında irəli sürüb.

Bu barədə Gundem.today "Sputnik Ermənistan"a istinadən xəbər verir.

"Ermənistanda universal bəyannamə sistemi mövcuddur və din xadimləri bu sistemdən kənarda qala bilməzlər. Biz artıq uzun müddətdir deyirik ki, Erməni Apostol Kilsəsi müəyyən kommersiya fəaliyyətləri çərçivəsində və Ermənistan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda vergilər ödəməlidir", - deyə Paşinyan hakim Vətəndaş Sazişi Partiyasının seçkiqabağı platformasını təqdim edərkən bildirib.

Paşinyan özünün əvvəlki bəyanatlarını da xatırladıb ki, kilsə müəyyən kommersiya fəaliyyətləri ilə məşğuldur və buna görə də vergi ödəməlidir (daha əvvəl söhbət kilsə şamlarının satışından vergi ilə bağlı idi - red.).

Eyni zamanda, hökumət bu vergiləri kilsəyə tam şəkildə geri qaytarmağı, zərurət yarandıqda keşişlərə sosial təminatlar da verməyi öhdəsinə götürür.

"Bu ideya səkkiz ildir ki, Ktriç Nersisyan (bütün ermənilərin katolikosu II Qareginin dünyəvi adı - red.) üçün bir sadə səbəbdən qəbuledilməzdir: onlar dindarlar icması, yəni xalq qarşısında hesabat vermək istəmirlər", - deyə Paşinyan qeyd edib.

O yenidən təkrar edib ki, seçkiqabağı proqramında Erməni Apostol Kilsəsinin islahatı ilə bağlı bənd mövcuddur və bu bənd digər məsələlərlə yanaşı, hazırkı katolikosun vəzifədən kənarlaşdırılmasını və Erməni Kilsəsinin yeni rəhbərinin seçilməsini nəzərdə tutur.

Xatırladaq ki, Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma baş nazir Nikol Paşinyanın din xadimlərinə qarşı sərt çıxışlarından və dövlət üçün əsas rol oynayan katolikosun seçilməsi prosedurunu dəyişdirmək təşəbbüsündən sonra daha da güclənib. Bu fonda üç yeparxiyanın rəhbərləri - arxiyepiskoplar Baqrat Qalstanyan və Mikael Adjapaxyan, yepiskop Mkrtıç Proşyan, eləcə də Eçmiədzin dəftərxanasının rəhbəri Arşak Xaçatryan daha əvvəl müxtəlif ittihamlar üzrə həbs olunublar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Nikol_Paşinyan#Erməni_Apostol_Kilsəsi#Ermənistan#kilsə_vergisi#ruhanilər#kilsə_islahatları#II_Qaregin#Vətəndaş_sazişi_partiyası#seçki_kampaniyası#katolikos#kommersiya_fəaliyyəti.

Oxşar Xəbərlər

Zelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"Dünya

Zelenski: "Ukrayna "Drujba" neft kəmərinin təmir işlərini başa çatdırıb"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumları nəticəsində zədələnmiş "Drujba" neft kəmərinin təmir olunduğunu və onun yenidən fəaliyyətə başlaya biləcəyini açıqlayıb.

Bu gün
20:000
Türkiyədən Yunanıstana sərt cavabDünya

Türkiyədən Yunanıstana sərt cavab

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey və Şərqi Aralıq dənizi ilə bağlı paylaşdığı bəzi xəritələrin hüquqi qüvvəsinin olmadığını bəyan edib.

Bu gün
19:540
Tramp: "Ələ keçirdiyimiz İran gəmisində "xoşagəlməz hədiyyə" olub"Dünya

Tramp: "Ələ keçirdiyimiz İran gəmisində "xoşagəlməz hədiyyə" olub"

"ABŞ-nin ələ keçirdiyi İran gəmisi Çindən gələn "xoşagəlməz hədiyyə" daşıya bilərdi".

Bu gün
19:320
Ukraynanın ən varlı iş adamı Monakoda rekord qiymətə mənzil alıbDünya

Ukraynanın ən varlı iş adamı Monakoda rekord qiymətə mənzil alıb

Ukrayna Ali Radasının keçmiş deputatı, milyarder Rinat Axmetov Monakoda rekord məbləğə - 554 milyon dollar ödəyərək elit mənzilin sahibi olub.

Bu gün
19:300