
Ermənistanda seçkinin nəticələri ilə bağlı RƏSMİ AÇIQLAMA: Baryeri hansı partiya aşa bilmir?
Ermənistanda keçirilən seçkinin səhər saat 8:30-a olan nəticələri elan edilib.
Ermənistanda keçirilən seçkinin səhər saat 8:30-a olan nəticələri elan edilib.
Gundem.today erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, 2006 seçki məntəqəsindən 1 924-nün göstəriciləri, yəni bülletenlərin 94%-i artıq hesablanıb. Mövcud statistikaya əsasən, hakim Vətəndaş Sazişi Partiyası 50.07 faiz (689 675 səs) göstərici ilə birinci yerdə qərarlaşıb.
"Güclü Ermənistan" partiyalar alyansı isə 23.35 faiz (321 597 səs) toplayaraq siyahıda ikinci yeri tutur. Səsvermənin nəticələrinə görə, üçüncü sırada 9.96 faizlə (135 808 səs) "Ermənistan" partiyalar alyansı gəlir.
Dördüncü pillədə 3.99 faiz (54 900 səs) nəticə göstərən "Çiçəklənən Ermənistan" partiyası yer alıb. Beşinci yerdə qərarlaşan "Birlik qanadları" partiyası hazırkı mərhələdə seçicilərin 2.28 faizinin (31 465 səs) dəstəyini qazanıb.
Mövcud mənzərə dəyişməzsə, yeni çağırış parlamentdə yalnız üç siyasi qüvvə təmsil olunacaq: Vətəndaş Sazişi Partiyası partiyası, "Güclü Ermənistan" və "Ermənistan" alyansları. "Çiçəklənən Ermənistan" partiyası isə keçid həddinin bir addımlığında olsa da, tələb olunan baryeri aşa bilmir.
Ermənistanda 2006 seçki məntəqəsindən 1 296-da səsvermənin nəticələri açıqlanıb, ümumi bülletenlərin 55.95 faizi hesablanıb.
Gundem.today erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının (MSK) səhər saat 06:30-a olan məlumatında bildirilib.
Bu göstəricilərə əsasən, hazırda hakimiyyətdə olan Vətəndaş Sazişi Partiyası 50.86% (414 608 səs) toplayaraq siyahıya liderlik edir. İkinci pillədə 23.19% (189 050 səs) nəticə göstərən "Güclü Ermənistan" partiyalar bloku qərarlaşıb. Üçüncü yerdə isə 9.6%-lə (78 275 səs) "Ermənistan" partiyalar blokudur.
Çiçəklənən Ermənistan Partiyası 4.1% (33 417 səs) toplayaraq dördüncü mövqedədir. Beşinci sıradakı Birlik Qanadları Partiyasının aktivində isə hələlik 2.3% (18 720 səs) var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran bütün hava limanlarını bağladı, uçuşlar təxirə salındı
Yaxın Şərqdə artan gərginlik fonunda İranın qərb bölgəsindəki hava limanları, eləcə də Tehrandakı beynəlxalq aeroportlar fəaliyyətini dayandırıb. Bütün reyslər qeyri-müəyyən vaxtadək ləğv edilib.
DünyaPaşinyandan ilk SEÇKİ AÇIQLAMASI: "Üçbaşlı müharibə partiyası məğlub oldu, xalq sülhü müdafiə etdi"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçirilən seçkinin yekununa əsasən hakim Vətəndaş Sazişi Partiyasının parlamentdə çoxluq təşkil edəcəyini və hökuməti formalaşdıracağını bəyan edib.
DünyaPolşa Zelenski üçün hava limanını bağladı: Varşava ilə Kiyev arasında gərginlik artır
Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşa ilə münasibətlərin pisləşməsindən sonra xarici ölkələrə səfərləri üçün Moldova vasitəsilə uçmağa başladığı bildirilir. Kiyev və Varşava arasında yaranan yeni diplomatik münaqişənin təfərrüatları.
DünyaABŞ İsrailin "Hizbullah" obyektinə zərbə endirməsinə razılıq verib?
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının Beyrutun ətrafında yerləşən hədəfinə zərbə endirilməsinə icazə verməyib.