
Paşinyandan ilk SEÇKİ AÇIQLAMASI: "Üçbaşlı müharibə partiyası məğlub oldu, xalq sülhü müdafiə etdi"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçirilən seçkinin yekununa əsasən hakim Vətəndaş Sazişi Partiyasının parlamentdə çoxluq təşkil edəcəyini və hökuməti formalaşdıracağını bəyan edib.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçirilən seçkinin yekununa əsasən hakim Vətəndaş Sazişi Partiyasının parlamentdə çoxluq təşkil edəcəyini və hökuməti formalaşdıracağını bəyan edib.
Gundem.today-ın xəbərinə görə, Paşinyan bu barədə parlamentdə 2025-ci il büdcəsinin müzakirəsi zamanı bildirib.
"Yaxın aylarda bu məsələni müzakirə etmək imkanı olacaq", - deyə baş nazir qeyd edib.
Onun qiymətləndirməsinə görə, iyunun 7-də Ermənistan xalqı öz səsverməsi ilə dövlətin, müstəqilliyin və sülhün müdafiəsinə qalxıb. O iddia edir ki, seçkilər üçbaşlı müharibə partiyasının məğlubiyyəti olub.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Vətəndaş Sazişi Partiyası 49.81% (727 160 səs), "Güclü Ermənistan" bloku - 23.29% (340 062), "Ermənistan" bloku - 9.94% (145 097), "Çiçəklənən Ermənistan" partiyası isə 4% (58 368 səs) səs toplayıblar.
Seçicilərin ümumi sayı isə 1 476 916 nəfər təşkil edib.
Qeyd edək ki, Ermənistanda iyunun 7-də parlament seçkiləri baş tutub. Seçkidə 16 partiya və 2 blok iştirak edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaYaxşı Şərq böhranı ABŞ aviaşirkətlərini çökdürə bilər - Yanacaq sürətlə bahalaşır
Yaxın Şərqdəki münaqişələr fonunda aviasiya yanacağının kəskin bahalaşması qlobal aviaşirkətlərin xərclərini artırır, uçuşların ləğvinə və mənfəətin azalmasına səbəb olur.
DünyaTramp: "İsrail və İran hücumları bir həftəlik dayandırıblar"
ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında zərbə mübadiləsinin azı bir həftə dayandırıldığını və Tehranla Vaşinqton arasında qısa müddətdə yeni razılaşmanın bağlana biləcəyini açıqlayıb.
Dünya"Pokemon Go" oyunçularının fotoları hərbi dronların naviqasiyası üçün istifadə edilib?
"Pokemon Go" oyunçuları tərəfindən toplanmış şəkillər döyüş təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) naviqasiya sisteminin yaradılmasında tətbiq edilmiş ola bilər.
Dünya"Brent" və WTI markalı neft füçersləri UCUZLAŞDI
Qlobal bazarda neft kəskin bahalaşmadan sonra yenidən ucuzlaşıb.