
Ermənistanın böyük dilemması: Kreml, yoxsa Brüssel?
Aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə qeyd edib ki, rəsmi İrəvan seçim etməlidir. Bildirilib ki, Ermənistan ya illərdir üzvü olduğu, Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqını, ya da Avropa İttifaqını (Aİ) seçməlidir.
Aprelin 1-də Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə qeyd edib ki, rəsmi İrəvan seçim etməlidir. Bildirilib ki, Ermənistan ya illərdir üzvü olduğu, Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqını, ya da Avropa İttifaqını (Aİ) seçməlidir.
Görəsən, bu fonda Ermənistan hansı siyasi xətti seçəcək?
Mövzu ilə bağlı Gundem.today-a danışan siyasi şərhçi Zaur İbrahimli bildirib ki, Paşinyan üçün parlament seçkilərinin nəticəsi əsas amil olacaq.
O qeyd edib ki, baş nazir səs çoxluğu ilə qalib gələrsə, Aİ istiqamətində fəaliyyətini davam etdirəcək:
"Paşinyan bundan sonra daha cəsarətli strateji qərarlar qəbul etməyə başlayacaq. Eyni zamanda, biz burada Aİ-nin də mövqeyini nəzərə almalıyıq. Əgər qurum Ermənistanı dəstəkləməyə qərar verərsə, praktik addımlar atarsa, Paşinyan üçün manevr etmək daha asan olacaq. Daha əvvəllər bu kimi təcrübələr olub. Belə ki, Aİ Gürcüstanda "qızılgül inqilabı"ndan sonra Mixail Saakaşvili iqtidarını dəstəkləmək üçün dövlət qulluqçularının maaşlarının xarici sponsorlar hesabına ödənilməsini təmin edirdi. Ermənistanda da zərurət yaranarsa, iqtisadiyyatı dəstəkləmək üçün müvafiq addımlar atıla bilər. Həmçinin Rusiyadan strateji asılılığı azaltmaq da Paşinyan iqtidarı tərəfindən milli təhlükəsizlik məsələsi kimi nəzərdən keçirilir. Müasir təcrübədə bir ölkənin digərindən bu qədər asılı olması az rast gəlinən nümunələrdəndir. Bu, Ermənistanın həm daxili, həm xarici siyasət, həm də iqtisadi manevr imkanlarını artıracaq".
Politoloq vurğulayıb ki, Ermənistan cəmiyyəti 2018-ci ildə Paşinyana səs verməklə bu strateji kursa dəstək çıxmışdı:
"İyunun 7-də keçiriləcək parlament seçkisində Paşinyanın komandası qalib gələrsə, bu siyasət davam edəcək. Baş nazir Putinlə görüşdə dediyi kimi, o, həm Avrasiya İqtisadi İttifaqında üzv kimi qalmaq istəyir, həm də Aİ ilə yaxınlaşmaqla yeni maliyyə resursları qazanmağa çalışır. Aİ-nin Ermənistana dəstəyi olmasaydı, Paşinyan Kremldə bu qədər rahat danışa bilməzdi. Burada əsas sual Ermənistan iqtisadiyyatının nə qədər dayanıqlı olmasıdır. Bunun üçün onlar həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri normallaşdırmalıdırlar. Bunun alternativi də məhz Türkiyə və Azərbaycanla münasibətlərin inkişaf etdirilməsidir. Bizimlə münasibətlərin normallaşması Paşinyan strategiyasının əsas xətlərindən biridir. Digər tərəfdən, Paşinyanın ən böyük dəstəkçisi ABŞ-dir. Vaşinqtonun dəstəyi başlıca faktordur. Əgər proseslər bu şəkildə davam edərsə, rəsmi İrəvan Aİ yolunu seçə bilər. Amma bu, Rusiya ilə əlaqələrin tam kəsilməsi anlamına gəlməməlidir", - deyə Z.İbrahimli bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPrezidentin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub - VİDEO
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Gürcüstana dövlət səfəri ilə bağlı paylaşım olunub.
SiyasətGürcüstan mətbuatı Prezident İlham Əliyevin dövlət səfərini geniş işıqlandırıb
Gürcüstanın aparıcı televiziyaları və informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb.
SiyasətPrezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb - FOTO
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb.
Siyasətİrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?
İrandan fevralın 28-i saat 08:00-dan aprelin 6-sı saat 10:00-dək Azərbaycana ümumilikdə 3 322 nəfər təxliyə olunub.