
Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər - FOTO
"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqini davam edir. Aprelin 10-12-də Azərbaycanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.
"Sülh Körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri arasında dialoqun və birbaşa əlaqələrin təşviqini davam edir. Aprelin 10-12-də Azərbaycanda "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.
Gundem.today AZƏRTAC-a xəbər verir ki, bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.
Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.
Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, "Sülh Körpüsü" təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.
Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasətİstilik təchizatı şəbəkələri ilə bağlı YENİ QƏRAR
İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər təsdiq olunub.
SiyasətAzərbaycanın 18-ci dayanıqlı milli inkişaf məqsədinin hədəfləri hansılardır?
"Azərbaycan hazırda 17 dayanıqlı inkişaf məqsədinin icrasına paralel olaraq 18-ci mərhələni həyata keçirir. İnkişaf məqsədi cənab prezidentin təşəbbüsü əsasında ərsəyə gəlib".
SiyasətHesablama Palatası Milli Məclisdə hesabatla çıxış edəcək
Hesablama Palatası Milli Məclis qarşısında hesabat verəcək.
SiyasətAzərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaqlar - Sənəd təsdiqləndi
Azərbaycan və Belarus arasında sürücülük vəsiqələri qarşılıqlı şəkildə tanınacaq.