
Livanın baş naziri İsraillə sülh danışıqları üçün ABŞ-yə gedir
Livanın Baş naziri Nəvaf Səlam gələn həftə xarici səfərlərə başlayacaq. Turne çərçivəsində ilk olaraq ABŞ-yə yollanacaq və burada İsraillə sülh müqaviləsi müzakirə olunacaq.
Livanın Baş naziri Nəvaf Səlam gələn həftə xarici səfərlərə başlayacaq. Turne çərçivəsində ilk olaraq ABŞ-yə yollanacaq və burada İsraillə sülh müqaviləsi müzakirə olunacaq.
Gundem.today xəbər verir ki, bu barədə "Asharq al-Awsat" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Səlam ABŞ Dövlət katibi Marko Rubio və BMT-nin baş katibi Antonio Quterreşlə ikitərəfli danışıqlar aparacaq.
Qeyd olunub ki, aprelin 9-da Livan hökuməti mövcud münaqişənin həlli məqsədilə İsraillə birbaşa danışıqlara başlamaq kimi sülh təşəbbüsünə sadiqliyini bir daha təsdiqləyib. Qəzet yazır ki, çərşənbə axşamı, aprelin 14-də Vaşinqtonda təmasların ilk raundunun keçiriləcəyi gözlənilir. Livan nümayəndə heyətinə ölkənin ABŞ-dəki səfiri Nada Hamadə Moavvad rəhbərlik edəcək.
Səlam qəzetə bildirib ki, xarici səfərləri zamanı beynəlxalq dəstək qazanmağa və Livan dövlətinin suverenliyini ölkənin bütün ərazisində bərpa etmək üçün səyləri birləşdirməyə ümid edir. Siyasətçi qeyd edib ki, Livandakı böhranın həlli yolu tamamilə aydındır: bu proses atəşkəs və İsrail qoşunlarının geri çəkilməsi ilə başlayır.
Məlumata görə, respublika rəhbərliyi Livan məsələsini ABŞ-İran danışıqları fonundan ayırmağa çalışır. Belə ki, aprelin 9-da Prezident Cozef Aunun dəftərxanası tərəfindən yayılan bəyanatında İranın müdaxiləsindən və Livanı müqavimət oxuna bağlamaq cəhdlərindən kəskin narazılıq ifadə olunub.
"Livan suveren və tam fəaliyyət qabiliyyətli bir dövlət olaraq qalır. Biz heç vaxt kiminsə bizim adımızdan danışıqlar aparmasına razı olmayacağıq", - deyə sənəddə vurğulanıb. Öz növbəsində, şiələrin "Hizbullah" təşkilatının parlament fraksiyasının nümayəndəsi Əli Fəyyad İsrailin Livana qarşı hərbi əməliyyatlarını tam dayandırmadan danışıqlara başlamaq ehtimalını rədd edib. Onun sözlərinə görə, hökumət hər hansı sonrakı addımlar atılmazdan əvvəl mütləq ilkin şərt kimi atəşkəs tələb etməlidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSEPAH Pakistanın xahişi ilə Livana hücumları təxirə saldı - FOTO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livan ərazisinə edilən hücumlara qarşı planlaşdırdığı cavab tədbirini təxirə salıb.
DünyaMirzoyan: "Tramp marşrutunu idarə etmək üçün üçüncü ölkələrin köməyinə ehtiyac olacaq"
"Ermənistan "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsinin reallaşdırılması və gələcək idarəetməsi məqsədilə kənar dövlətlərin dəstəyinə ehtiyac duyacaq".
DünyaVladikavkazda PARTLAYIŞ: Alovlanan pirotexniki mallar mağazası dəhşət saçıb
Rusiya Federasiyasının Vladikavkaz şəhərinin Avqustovskix Sobiti küçəsində güclü partlayış qeydə alınıb. İlkin ehtimala görə, hadisə pirotexniki mallar (fişəng) mağazasında baş verib.
DünyaBelqradın Rusiya ilə yaxınlığı Avropa İttifaqının maliyyə dəstəyini sual altına alır
Serbiya Rusiya ilə davam edən sıx əlaqələri səbəbindən Avropa İttifaqından (Aİ) alacağı 1.5 milyard dollara yaxın maliyyə dəstəyini itirmək təhlükəsi ilə üz-üzədir.