
Fatih Birol: "Hazırda dünya tarixinin ən böyük enerji böhranı yaşanır"
"ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatların səbəb olduğu enerji problemi dünya tarixinin ən böyük böhranıdır".
"ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hərbi əməliyyatların səbəb olduğu enerji problemi dünya tarixinin ən böyük böhranıdır".
Gundem.today TASS-a istinadla bildirir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol deyib.
Qurum rəsmisinin fikrincə, yaxın tarixdə üç əsas enerji böhranı yaşanıb: 1973 və 1979-cu illərdə qeydə alınan iki neft, həmçinin 2022-ci ildəki qaz böhranı:
"Əvvəlki neft böhranları zamanı qlobal bazar gündəlik orta hesabla 5 milyon barel itirirdisə, mövcud vəziyyətdə bu rəqəm gündə 13 milyona yüksəlib. Bununla yanaşı 2022-ci ildə qaz bazarında 75 milyard kubmetr itki qeydə alınıb və 2026-cı il üçün bu göstəricinin 100 milyarda çatacağı proqnozlaşdırılır".
Sinqapurda ABŞ-nin CNBC telekanalının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən F.Birol qeyd edib ki, neft və qazdan əlavə olaraq helium, kükürd, gübrə və neft məhsulları kimi mühüm ehtiyatların da tədarükündə kəskin yubanmalar müşahidə edilir:
"Bu vəziyyət qlobal təchizat zəncirlərinə ciddi təsir edəcək. Yaxın həftələr və aylar ərzində dünya bu problemlərlə qarşı-qarşıya qalacaq. Bütün qeyd olunanları nəzərə aldıqda hazırda həqiqətən də irimiqyaslı bir enerji böhranı yaşayırıq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünyanın ən iri suveren fondu milyardlarla dollar itirdi
2.1 trilyon dollar həcmində aktivləri idarə edən və dünyanın ən iri suveren sərvət fondu hesab edilən Norveç Hökumət Qlobal Pensiya Fondu (GPFG) 2026-cı ilin ilk rübünü maliyyə itkisi ilə başa vurub.
DünyaABŞ ordusu Hind okeanında İrandan neft daşıyan tankeri saxladı - VİDEO
ABŞ ordusu Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında "Majestic X" tankerini ələ keçirib.
DünyaRumıniya hökumətində kütləvi istefa: Altı nazir və baş nazirin müavini vəzifələrini tərk etdilər
Sosial-Demokrat Partiyasından (SDP) altı nazir və baş nazirin müavini Marian Nyakşu Rumıniya hökumətindən istefa veriblər.
Dünyaİrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? - QORXUNC SSENARİ
ABŞ hərbi müdaxilələrə yenidən başlayacağı halda İran ordusu vuracağı obyektlərin siyahısını tərtib edib.