
Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu - FOTO
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin keçmiş müdiri İradə Dəmirovaya hökm oxunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin keçmiş müdiri İradə Dəmirovaya hökm oxunub.
Gundem.today "Qaynarinfo"ya istinadən xəbər verir ki, İradə Dəmirova Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərərvurma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub.
O, 308.1-ci maddə ilə 2 000 manat cərimələnib. Digər maddəyə gəlincə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin olunmayıb.
İş materiallarından məlum olur ki, İradə Dəmirova YAŞAT Fondunun subyektləri üçün nəzərdə tutulan ödənişsiz dərman vasitələrini satmaqda, həmçinin saxta tibbi sənədlər hazırlamaqda ittiham olunub.
Məhkəmə zamanı İradə Dəmirova verilmiş ittihamlarla özünü təqsirli bilməyib.
Fotoda İradə Dəmirova
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalBakıda şəhid ailəsini təhqir edən şəxs həbs olundu - FOTO
Bakıda şəhid ailəsini təhqir edən həbs olunub.
KriminalFitnes məşqçisindən külli miqdarda narkotik götürüldü - İdman zalında əməliyyat
Bakıda külli miqdarda narkotiklə tutulan fitnes məşqçisi Anar Mirbabayevə hökm oxunub.
KriminalBakıda evlərdən oğurluq edən "qonaq" və "usta" saxlanılıb
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 1 000 manat dəyərində qızıl-zinət əşyası və nağd pul vəsaiti naməlum şəraitdə talanıb.
KriminalBakıdakı kütləvi davanın iştirakçılarından daha ikisi SAXLANILDI
Bakıda baş vermiş kütləvi davanı törədən şəxslərdən daha ikisi saxlanılıb.