
FHN Gəncədə yanğın təlimi keçirib, nöqsanlar aşkarlanıb - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdə nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış kompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətinin məhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, mövcud olan daxili yanğın kranlarının tam komplekləşdirilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXocavəndin Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
CəmiyyətKeçmiş məcburi köçkün: "Xocavəndə qayıtmağı illərdir gözləmişik"
"19 yaşında Xocavənddən çıxmışam, 55 yaşında qayıdıram".
CəmiyyətSumqayıt xəstəxanasında təhükəli vəziyyət: Divarlar çatlayıb, tavan dağılır - FOTO
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli xəstəxananın vəziyyəti ilə bağlı narazılıq var.
CəmiyyətQobustanda zəhərlənən bir ailənin dörd üzvü ilə bağlı AÇIQLAMA
Qobustan rayonunda dəm qazından zəhərlənən bir ailənin 4 üzvü evə buraxılıb.