Son dəqiqə
Fatih Birol: "Yaxın Şərqdəki münaqişə nəticəsində 84 energetika obyekti zədələnib"Satmaq öhdəliyi ilə kirayə: Mənzil təklifləri tələbə uyğunlaşdırılmalıdır - ARAŞDIRMAƏvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanıldıABŞ Braziliyanın təhlükəsizlik üzrə attaşesindən ölkədən çıxmasını tələb edibLeyla Əliyevanın təşəbbüsü ilə icra olunan "Gənc arıçı" layihəsi Yevlaxda keçiriləcəkBəxtiyar Məmmədov: "Metroda hansısa yanğın və ya partlayış qeydə alınmayıb"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri - FOTO
KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri - FOTO
İqtisadiyyat

KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri - FOTO

Bu gün
11:55
0 baxış
Paylaş:

Keyfiyyətli məhsul uğurun əsas şərtlərindən biri olsa da, mikro və kiçik bizneslər satış kanallarına çıxış, müştəri tapmaq və bazarı düzgün analiz etmək kimi məsələlərdə bir çox hallarda çətinlik yaşayırlar. Məhz bu məqamda dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri sahibkarlar üçün real imkana çevrilir.

Keyfiyyətli məhsul uğurun əsas şərtlərindən biri olsa da, mikro və kiçik bizneslər satış kanallarına çıxış, müştəri tapmaq və bazarı düzgün analiz etmək kimi məsələlərdə bir çox hallarda çətinlik yaşayırlar. Məhz bu məqamda dövlət tərəfindən təqdim olunan dəstək mexanizmləri sahibkarlar üçün real imkana çevrilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarını genişləndirmək, məhsullarını daha geniş auditoriyaya təqdim etmək və bazar haqqında düzgün qərarlar qəbul etmələrinə kömək etmək məqsədilə bir sıra dəstək alətləri təqdim edir. Bu dəstək sahibkarlara həm ticarət şəbəkələrinə çıxış əldə etməyə, həm sərgi və yarmarkalarda iştiraka, həm də daxili bazarın peşəkar şəkildə araşdırılmasına imkan verir. Bu alətlər sahibkarların satış imkanlarını genişləndirir, bazar haqqında məlumatlılığını artırır və onların daha rəqabətqabiliyyətli fəaliyyət göstərməsinə şərait yaradır.

Gundem.today xəbər verir ki, satışa dəstək alətləri barədə sualları KOBİA-nın Biznesə xidmətlər departamentinin Bazarlara çıxış üzrə xidmət şöbəsinin müdiri Rəşad Bayramov cavablandırıb.

- KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək üçün hansı mexanizmlər var?

- Mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışında qarşılaşdıqları çətinlikləri nəzərə alaraq, KOBİA bu istiqamətdə xüsusi dəstək mexanizmi təqdim edir. Müvafiq qaydalara əsasən, agentlik iri ticarət şəbəkələrinin mağazalarında icarəyə yer götürərək vahid stendlər yaradır və sahibkarların məhsullarını bu satış nöqtələrində yerləşdirir. Məqsəd yerli istehsal məhsullarının tanıdılması və satış imkanlarının artırılmasıdır.

Bu mexanizm çərçivəsində sahibkara təqdim olunan satış sahəsinin ölçüsü 50 sm təşkil edir və məhsulların yerləşdirilməsi müddəti üç ay nəzərdə tutulur. Zərurət olduqda bu müddət əlavə olaraq daha üç ay uzadıla bilər, həmçinin satış sahəsi genişləndirilə bilər. Hazırda Bakı şəhəri üzrə altı satış nöqtəsində belə stendlər yaradılıb. Sahibkarlar bu stendlərdə məhsullarını təqdim etmək üçün KOBİA-ya elektron qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, bu dəstək mexanizmi çərçivəsində indiyədək 140-dək KOB-un məhsullarının ticarət şəbəkələrində satışı təşkil olunub.

- Sərgi və yarmarkalarda iştirak sahibkarlara hansı imkanları yaradır?

- KOBİA mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışını genişləndirmək məqsədilə onların ixtisaslaşmış sərgi və yarmarkalarda iştirakına dəstək göstərir. Bu dəstək ödənişsiz əsaslarla təqdim olunur və sahibkarlara məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaradır. Sərgilərdə iştirak edən KOB-lar yalnız məhsul və xidmətlərini nümayiş etdirmir, həmçinin yeni biznes əlaqələri qurur, potensial tərəfdaşlarla tanış olur və satış imkanlarını artırırlar. Bu mexanizmdən faydalanmaq üçün sahibkarın satışa hazır məhsulu və ya xidmətinin olması vacib şərtdir.

- KOB-ların satış imkanlarının genişləndirilməsində "KOB FEST" sərgi-satış yarmarkalarının rolu barədə məlumat verməyinizi xahiş edirik.

- KOB-ların satış imkanlarının genişləndirilməsində KOBİA tərəfindən təşkil olunan "KOB FEST" sərgi-satış yarmarkaları xüsusilə vurğulanmalıdır. 2022-ci ildən keçirilən "KOB FEST" KOB-ların məhsul və xidmətlərini geniş istehlakçı auditoriyasına təqdim etməsinə, satışlarını artırmasına və yeni əməkdaşlıqlar qurmasına şərait yaradır. Yarmarkalarda mikro və kiçik sahibkarlar, sənətkarlar və yaradıcı şəxslər iştirak edə bilərlər. İştirak ödənişsizdir, stend, təşkilati və digər xərclər dövlət dəstəyi hesabına qarşılanır. "KOB FEST"lər, əsasən, regionlarda təşkil olunaraq yerli sahibkarların bazarlara çıxışını genişləndirir, istehsalçıları və istehlakçıları vahid platformada bir araya gətirir. Eyni zamanda, tədbirlər çərçivəsində mədəni-əyləncəli proqramlar, master-klaslar və B2B görüşlər təşkil olunaraq sahibkarlar üçün əlavə imkanlar yaradılır. 2026-cı ildə də "KOB FEST"lərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlar sərgi və yarmarkalara, o cümlədən "KOB FEST" sərgi-satış yarmarkalarına çıxışa dəstək barədə KOBİA-nın saytından ətraflı məlumat əldə edə bilərlər.

Məlumat üçün qeyd edək ki, indiyədək ölkəmizdə və xaricdə keçirilmiş 82 sərgi və yarmarkada 2 000-dək KOB-un iştirakı dəstəklənib.

- Daxili bazar araşdırmasına dəstək necə həyata keçirilir?

- Biznesin uğurlu inkişafı üçün bazarın mövcud vəziyyətinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə KOBİA sahibkarlara daxili bazar araşdırmasının aparılmasında maliyyə və informasiya dəstəyi göstərir. Daxili bazar araşdırması istehsal, logistika, marketinq, sertifikatlaşdırma və digər sahələr üzrə məlumatların toplanmasını təmin edərək sahibkara düzgün biznes qərarları qəbul etmək imkanı yaradır. Eyni zamanda, bu araşdırmalar sahibkarlara bazara çıxış imkanlarını qiymətləndirməyə və satış strategiyalarını daha effektiv formalaşdırmağa kömək edir.

Bu mexanizm çərçivəsində mikrosahibkarların müraciəti əsasında aparılan araşdırma xərclərinin 80 faizi, kiçik sahibkarları

#İqtisadiyyat#KOBİA#kiçik_və_orta_biznes#mikro_sahibkarlıq#satışa_dəstək#ticarət_şəbəkələrinə_çıxış#bazar_araşdırması#KOB_FEST#yarmarka_və_sərgilər#Rəşad_Bayramov#biznesə_dövlət_dəstəyi#sahibkarlığın_inkişafı#yerli_istehsal.

Oxşar Xəbərlər

Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcəkİqtisadiyyat

Avtomobillərin icbari sığortasında YENİ DÖVR - Bəzi sürücülərə BÖYÜK GÜZƏŞTLƏR ediləcək

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişiklik edilib.

Bu gün
16:110
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaqİqtisadiyyat

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq

"Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üçün birgə müəssisənin yaradılması planlaşdırılır".

Bu gün
15:120
Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİFİqtisadiyyat

Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF

Azərbaycanda dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün daxili auditin tam mənada işə salınması təklif olunur.

Bu gün
13:480
Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verildiİqtisadiyyat

Xəzər dənizində "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı əməliyyatlarına start verildi

"SOCAR Petroleum" QSC Xəzər dənizinin akvatoriyasında "gəmidən gəmiyə" üsulu ilə yanacaq təchizatı (bunkerləmə) əməliyyatlarına başladığını elan edib. Bu addım şirkətin inkişafında yeni mərhələ olmaqla yanaşı, Azərbaycanın dəniz logistikasında və yanacaq təchizatı sahəsində mövqeyini daha da gücləndirir.

Bu gün
13:420