
FIFA builki mundialda yenilik tətbiq etməyi planlaşdırır
FIFA 2026-cı il dünya çempionatında ciddi yeniliklər tətbiq etməyi planlaşdırır.
FIFA 2026-cı il dünya çempionatında ciddi yeniliklər tətbiq etməyi planlaşdırır.
Gundem.today "The Times" nəşrinə istinadən xəbər verir ki, rəqib oyunçu və ya hakimlə mübahisə zamanı ağzını əli ilə örtərək danışan futbolçular qırmızı vərəqə ilə cəzalandırılacaqlar.
Mənbənin məlumatına görə, həmçinin hakimin qərarlarına etiraz əlaməti olaraq meydanı özbaşına tərk edən oyunçuların da birbaşa meydandan kənarlaşdırılması nəzərdə tutulur.
FIFA prezidenti Canni İnfantinonun bu dəyişiklikləri təşkilatın aprelin 30-da Vankuverdə keçiriləcək konqresində rəsmən elan edəcəyi gözlənilir. Vurğulanır ki, sözügedən yeniliklərdən eksklüziv olaraq qarşıdakı dünya çempionatında istifadə olunacaq.
Qeyd edək ki, turnir 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadanın ev sahibliyi ilə keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanDünya çempionatına 43 gün qaldı: QƏTƏR - "Tünd qırmızılar" - VİDEO
Qətər ilk dəfə dünya çempionatına 2022-ci ildə ev sahibliyi edərək qatılıb. Qlobal idman bayramında debüt edən Qətərin "Tünd qırmızılar" komandası öz azarkeşləri önündə və doğma meydanda elit komandalara qarşı oynayaraq əvəzsiz təcrübə qazanıb.
İdmanÇempionlar Liqasında finala doğru daha bir addım: "Atletiko Madrid" "Arsenal"ı sınağa çəkəcək
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
İdmanFIFA builiki mundialda yenilik tətbiq etməyi planlaşdırır
FIFA 2026-cı il dünya çempionatında ciddi yeniliklər tətbiq etməyi planlaşdırır.
İdmanPSJ - "Bavariya" oyununda Çempionlar Liqasının qol rekordu qırıldı
PSJ və "Bavariya" UEFA Çempionlar Liqasının yarımfinalında rekord sayda qol vurublar.