Son dəqiqə
"EY Azerbaijan" və Bakı Fond Birjası "Listinqin vergi baxımından üstünlükləri" mövzusunda seminar keçirdilərAnar Əliyev: "59000-dən çox şəxs peşə hazırlığına cəlb edilib"ABŞ-də Trampın təsviri olan pasportlar buraxılacaq - FOTO7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİXaçmazda minik avtomobili lokomotivlə toqquşdu - FOTOQolf kurortunda Donald Trampın böyük heykəli ucaldılıb - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. "PUBG"yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
"PUBG"yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Kriminal

"PUBG"yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ

Bu gün
09:24
0 baxış
Paylaş:

Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İmran Əsədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində oğurluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İmran Əsədovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İmran Əsədov 1 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

İmran Əsədov həm yetkinlik yaşına çatmadığı, həm də yetkinlik dövründə törətdiyi bir neçə epizod üzrə ağır cinayət əməllərində ittiham olunub.

İstintaqla müəyyən edilib ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə azyaşlı şəxsi hədə-qorxu yolu ilə təsir altına salaraq cinayətkar fəaliyyətə cəlb edib.

Belə ki, təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayının ortalarında, dəqiq tarix və vaxt istintaqa məlum olmayan bir vaxtda, bibisi oğlu vasitəsilə tanıdığı azyaşlı N.N.-lə əlaqə yaradıb. O, həmin şəxsi məşhur mobil oyun olan "PUBG" ilə aldadaraq "UC" adlı oyun valyutası və oyun hesabı satacağı vədi ilə pul tələb edib. Mövcud olmayan bu hesab müqabilində 22 000 manat tələb edən İmran pul verilmədiyi halda azyaşlını və onun yaxınlarını öldürmə və oğurlama ilə hədələyib, eləcə də rüsvayedici məlumatlar yayacağı ilə bağlı təhdidlər səsləndirərək psixi təsir göstərib.

İttihama görə, o bununla kifayətlənməyərək azyaşlını atasına məxsus pulu oğurlamağa da təhrik edib. Nəticədə, 2023-cü ilin aprel-iyul ayları ərzində N.N. vasitəsilə zərərçəkmiş M.N.-ə məxsus 22 000 manat məbləğində pul yaşadığı evdən gizli yolla talanıb.

Cinayətkar fəaliyyət sonradan da davam etdirilib. İmran 2023-cü ilin avqustunda eyni azyaşlıya qarşı yenidən oxşar üsullarla təsir göstərərək bu dəfə 18 000 manat məbləğində pul tələb edib. O, guya silinmiş oyun hesabını bərpa edəcəyini və əlavə oyun valyutası yükləyəcəyini vəd edib. Bununla yanaşı, əvvəlki kimi hədə-qorxu və təhdidlər vasitəsilə azyaşlını qorxu altında saxlayaraq onu yenidən oğurluq etməyə sövq edib.

İstintaqla müəyyən edilib ki, həmin dövrdə - avqust ayının əvvəlindən sentyabrın 5-dək olan müddətdə N.N. vasitəsilə zərərçəkmişə məxsus daha 18 000 manat pul evdən gizli yolla talanıb. Beləliklə, ümumilikdə zərərçəkmişə 40 000 manata yaxın maddi ziyan vurulub.

Məhkəmə iclasında İmran Əsədov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində göstərib ki, azyaşlı N.N.-lə tanışlığı oyun platforması vasitəsilə yaranıb və müxtəlif vaxtlarda "oyun hesabı" adı ilə ondan pul alıb. Təqsirləndirilən şəxs ümumilikdə 40 000 manat məbləğində pul əldə etdiyini söyləyib və həmin vəsaiti şəxsi ehtiyaclarına, eləcə də oyun xərclərinə sərf etdiyini vurğulayıb.

İmran, həmçinin etiraf edib ki, N.N.-in azyaşlı olduğunu, məktəbli yaşında olduğunu bilib və buna baxmayaraq, ondan pul tələb edib. İş materiallarında olan səsyazılarının da ona məxsus olduğunu təsdiqləyən İmran törətdiyi əməllərdən peşman olduğunu bildirib.

Xatırladaq ki, İmran Əsədova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi - azyaşlının cinayət fəaliyyətinə cəlb edilməsi, oğurluq və hədə-qorxu ilə tələbetmə - üzrə ittiham irəli sürülüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Hədə-qorxu_ilə_tələb_etmə#Oğurluq_hadisəsi#PUBG_oyunu#Gəncə_Ağır_Cinayətlər_Məhkəməsi

Oxşar Xəbərlər

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİKriminal

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bu gün
10:440
Bakıda YARIM MİLYONLUQ dələduzluq: Elxan Abbasov vətəndaşları necə aldadıb? - FOTOKriminal

Bakıda YARIM MİLYONLUQ dələduzluq: Elxan Abbasov vətəndaşları necə aldadıb? - FOTO

Paytaxtın Xəzər rayonu ərazisində daşınmaz əmlakın sənədləşdirilməsi vədi ilə vətəndaşın 21 100 manat vəsaiti dələduzluq yolu ilə ələ keçirilib.

Bu gün
10:200
Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər SAXLANILDILARKriminal

Dələduzluğa görə beynəlxalq axtarışda olan şəxslər SAXLANILDILAR

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləri müəyyən edilib.

Bu gün
10:040
Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"Kriminal

Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bu gün
19:240