
FIFA builki mundialın mükafat fondunu artırdı
FIFA 2026-cı il dünya çempionatının mükafat fondunu 15 faiz artıraraq 871 milyon dollara çatdırıb.
FIFA 2026-cı il dünya çempionatının mükafat fondunu 15 faiz artıraraq 871 milyon dollara çatdırıb.
Gundem.today xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Qərar FIFA Şurasının Vankuverdə keçirilən iclasında qəbul olunub. Yenilənmiş maliyyə planına əsasən, iştirakçı olan 48 yığmanın hər biri əvvəllər elan edilmiş 10,5 milyon dollar əvəzinə minimum 12,5 milyon dollar alacaq.
Komandaların hazırlığı üçün nəzərdə tutulan məbləğ 1,5 milyon dollardan 2,5 milyon dollara, təsnifat ödənişi isə 9 milyon dollardan 10 milyon dollara yüksəldilib.
Bundan əlavə, FIFA nümayəndə heyətlərinin xərclərinin qarşılanması və yığmalar üçün bilet kvotalarının artırılması məqsədilə ümumilikdə 16 milyon dollardan çox subsidiya ayırıb.
Gəlirlərin qalan hissəsi FIFA-ya üzv olan 211 assosiasiya vasitəsilə dünya futbolunun inkişafı naminə yenidən paylanacaq.
Mükafatların yenidən nəzərdən keçirilməsi milli assosiasiyaların logistika və xüsusilə ABŞ-də vergi xərclərinin yüksək olması səbəbindən, turnirdə uğurlu çıxış etsələr belə, maliyyə itkiləri ilə üzləşə biləcəkləri barədə narahatlıqlarına cavab olaraq qəbul edilib.
2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikanın ərazisində 11 iyundan 19 iyula qədər keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanXulian Alvares Lionel Messini geridə qoydu
"Atletiko Madrid"in hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında (ÇL) 41 matçda 25 qol vuraraq tarixə ən sürətli cənubi amerikalı kimi düşüb.
İdmanUEFA Çempionlar Liqası: "Atletiko Madrid" - "Arsenal" matçında qalib müəyyənləşmədi - VİDEO
UEFA Çempionlar Liqasının ikinci yarımfinal oyununda "Atletiko Madrid" və "Arsenal" komandaları üz-üzə gəliblər.
İdman41 yaşlı Ronaldunun 907-ci qolu komandasına qələbə qazandırdı
Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunun matçında "Ən-Nəsr" öz meydanında "Əl-Əhli"ni 2:0 hesabı ilə məğlub edib.
İdman41 yaşlı Ronaldunun 907-ci qolu komandasına qələbə qazandırdı - VİDEO
Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunun matçında "Ən-Nəsr" öz meydanında "Əl-Əhli"ni 2:0 hesabı ilə məğlub edib.