
Filippində güclü zəlzələdə ölənlərin sayı 19-a çatdı: Sunami xəbərdarlığı - VİDEO
Filippində baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 19-a çatıb, daha yeddi nəfər isə itkin düşmüş hesab olunur.
Filippində baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 19-a çatıb, daha yeddi nəfər isə itkin düşmüş hesab olunur.
Gundem.today xəbər verir ki, bu barədə "ABS-CBN" telekanalı məlumat yayıb.
Mülki Müdafiə İdarəsinin nümayəndəsi Cuni Kastilyonun sözlərinə görə, həlak olanlardan 16 nəfəri Sokksksarxen regionunun, üç nəfəri isə Davao bölgəsinin sakinləridir. Bununla yanaşı, 134 nəfərin xəsarət aldığı qeyd olunur.
Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Gundem.today xəbər verir ki, bu barədə yerli hökumət orqanlarının ilkin məlumatlarına istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Son açıqlanan rəqəmlərə görə, yeraltı təkanlar ən azı 12 nəfərin həyatına son qoyub, 200-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təbii fəlakət Heneral-Santos şəhərində yeddi nəfərin ölümünə, təxminən 130 nəfərin isə yaralanmasına səbəb olub. Davao Oksidental və Cənubi Kotabato əyalətlərində isə daha beş nəfər zəlzələnin qurbanı olub.
Filippinin cənub bölgəsində 7.8 bal gücündə zəlzələ baş verib.
Gundem.today xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı məlumat yayımlayıb.
Bildirilib ki, güclü yeraltı təkanlar azı üç nəfərin həyatına son qoyub, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Təbiət hadisəsi nəticəsində Xeneral-Santos şəhərində bəzi binalar çöküb. Qurumun məlumatına əsasən, Mindanao adasının şimal və mərkəzi bölgələrində ümumilikdə 37 tikili, o cümlədən təhsil müəssisələri, xəstəxanalar və yaşayış binaları zədələnib. Yayılan rəsmi açıqlamada qeyd olunur ki, zərərçəkmiş ərazilərdə əhaliyə kömək məqsədilə polis qüvvələri səfərbər edilib və dəymiş ziyanın qiymətləndirilməsi prosesi davam edir.
"Zərər görən binaların sayı çoxdur, lakin hazırda dəqiq rəqəm söyləyə bilmərəm, çünki bütün qüvvələrimiz xilasetmə əməliyyatlarına cəlb olunub", - deyə yerli polis orqanlarının nümayəndəsi telekanala açıqlamasında vəziyyəti belə şərh edib.
Ölkə prezidenti Ferdinand Markos 7.8 maqnitudalı zəlzələnin qeydə alındığı cənub sahillərindəki Mindanao adasının bir neçə əyalətində təhsil müəssisələrində tədris prosesinin dayandırılmasına dair sərəncam verib. Dövlət rəhbəri müvafiq hökumət qurumlarına təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətindəki fəaliyyəti koordinasiya etməyi, zərərçəkənlərə humanitar yardımların çatdırılmasını və təxliyə mərkəzlərinin fasiləsiz işinin təşkilini həyata keçirməyi əmr edib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) tərəfindən sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaAİ Ukrayna ilə üzvlük danışıqlarına başlayır: Tarix açıqlandı
Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, iyunun 15-də Avropa İttifaqı (Aİ) Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara rəsmi olaraq başlayacaq.
DünyaOman sahillərində hindistanlı dənizçilərin olduğu tanker hücuma məruz qaldı
Göyərtəsində hindistanlı dənizçilərin olduğu tanker Oman sahilləri yaxınlığında hücuma məruz qalıb.
Dünyaİsrail Livanda "Hizbullah"a hücumları bərpa edib
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinin yerləşdiyi altı yaşayış məntəqəsinə zərbələr endirib.
Dünyaİranda bütün hava limanlarından uçuşlar dayandırıldı
İranda bütün hava limanlarından uçuşlar növbəti bildirişədək dayandırılıb.