Son dəqiqə
Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaqHörmüz boğazında gəmiyə naməlum hücum olubDünya çempionatına 38 gün qaldı: ŞOTLANDİYA - "Tartan ordusu" - VİDEODünya bazarında ən ucuz metal bəlli oldu: Bir tonu 2000 dollardan aşağıdırBayramdan sonrakı səhər: Xalça festivalı necə "zibil festivalı"na çevrildi? - FOTOPaytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 04.05.2026
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. "Formula-1"də bolidlərdən daha güclü səs çıxacaq: Yeni mühərriklər tətbiq ediləcək
"Formula-1"də bolidlərdən daha güclü səs çıxacaq: Yeni mühərriklər tətbiq ediləcək
İdman

"Formula-1"də bolidlərdən daha güclü səs çıxacaq: Yeni mühərriklər tətbiq ediləcək

Bu gün
06:20
0 baxış
Paylaş:

"Formula-1" yaxın illərdə daha sadə, daha səsli və daha anlaşılan V8 mühərriklərinə qayıda bilər".

"Formula-1" yaxın illərdə daha sadə, daha səsli və daha anlaşılan V8 mühərriklərinə qayıda bilər".

Gundem.today "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayen deyib.

Onun sözlərinə görə, bu proses qaçılmazdır və yalnız zaman məsələsidir.

Hazırkı qaydalara əsasən, 2026-cı ildən etibarən "Formula-1"də 1.6 litrlik V6 turbohibrid mühərriklərdən istifadə olunur. Bu güc qurğularında enerji təxminən bərabər şəkildə daxili yanma mühərriki ilə elektrik mühərriki arasında bölünür. Lakin bir çox sürücü enerji bərpası sistemlərinin idarə edilməsinin mürəkkəbliyindən şikayət edir.

FIA prezidenti qeyd edib ki, V8 mühərriklərinə qayıdış daha güclü səs, daha az mürəkkəblik və daha yüngül konstruksiya ilə müşayiət oluna bilər. Bununla belə, o vurğulayıb ki, yeni mühərriklərdə minimal səviyyədə də olsa elektrikləşmə saxlanılacaq.

Bildirilir ki, 2030-cu ilə qədər V8 mühərriklərinə keçid üçün güc qurğuları istehsalçılarından altı şirkətdən ən azı dördünün razılığı tələb olunur. Əgər bu konsensus əldə olunmasa, federasiya 2031-ci ildən etibarən texniki reqlamenti birtərəfli qaydada dəyişdirmək hüququndan istifadə edə bilər.

Qeyd edək ki, V8 mühərrikləri "Formula-1"də 2006-2013-cü illərdə istifadə olunub və həmin dövrdə yüksək səs tonu ilə seçilib. Daha sonra isə onlar daha azsəsli 1.6 litrlik turbohibrid V6 mühərriklərlə əvəz edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Formula-1#Beynəlxalq_Avtomobil_Federasiyası_(FIA)#Avto-moto

Oxşar Xəbərlər

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaqİdman

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.

Bu gün
09:160
Dünya çempionatına 38 gün qaldı: ŞOTLANDİYA - "Tartan ordusu" - VİDEOİdman

Dünya çempionatına 38 gün qaldı: ŞOTLANDİYA - "Tartan ordusu" - VİDEO

Şotlandiya millisi ("Tartan Ordusu") Britaniya futbolunun ən köklü və ehtiraslı komandalarından biridir. "Tartan ordusu" Şotlandiya milli futbol komandasının azarkeşlərinə verilən ləqəbdir. Onlar dünyanın ən ehtiraslı, sadiq və centlmen azarkeş qruplarından biri kimi tanınırlar. Bu adı komandalarının oyunlarına geyindikləri ənənəvi Şotlandiya kiltləri və tartan naxışlarına görə alıblar.

Bu gün
09:000
Futbolçu Canluici Donnarumma evləndiyini orijinal üsulla elan edibİdman

Futbolçu Canluici Donnarumma evləndiyini orijinal üsulla elan edib

"Mançester Siti" klubunun və İtaliya millisinin qapıçısı Canluici Donnarumma Alessia Elefante ilə evləndiyini orijinal üsulla elan edib.

Bu gün
07:440
İspaniya La Liqası: "Real Madrid" "Espanyol"u məğlub etdi - VİDEOİdman

İspaniya La Liqası: "Real Madrid" "Espanyol"u məğlub etdi - VİDEO

İspaniya La Liqasının 34-cü turunda "Espanyol" və "Real Madrid" qarşılaşıb.

Bu gün
01:160