Son dəqiqə
ABŞ-nin hücum təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıbXaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEOABŞ-nin altıncı nəsil "F-47" qırıcısının ilk uçuşunun tarixi açıqlandıQurban Qurbanov: "Bəlkə də "Sabah" bizdən daha istəkli görünürdü"Paytaxtda bir sıra marşrut avtobuslarının işində ləngimələr yarana bilər - SƏBƏBTürkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Fransa Milli Assambleyasında Kanaki ilə bağlı konstitusiyaya dəyişiklik layihəsi müzakirə olunur
Fransa Milli Assambleyasında Kanaki ilə bağlı konstitusiyaya dəyişiklik layihəsi müzakirə olunur
Siyasət

Fransa Milli Assambleyasında Kanaki ilə bağlı konstitusiyaya dəyişiklik layihəsi müzakirə olunur

1 aprel 2026
14:03
0 baxış
Paylaş:

Fransa Milli Assambleyasında 1 aprel tarixindən etibarən Kanaki (Yeni Kaledoniya) ilə bağlı konstitusiyaya dəyişiklik layihəsinin müzakirəsinə başlanılıb və bu prosesin üç gün davam edəcəyi gözlənilir. Lakin Fransanın qanunvericilik orqanında siyasi qüvvələr arasında balansın qeyri-müəyyən olması səbəbindən konstitusiyaya təklif edilən dəyişikliklərin qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Fransa Milli Assambleyasında 1 aprel tarixindən etibarən Kanaki (Yeni Kaledoniya) ilə bağlı konstitusiyaya dəyişiklik layihəsinin müzakirəsinə başlanılıb və bu prosesin üç gün davam edəcəyi gözlənilir. Lakin Fransanın qanunvericilik orqanında siyasi qüvvələr arasında balansın qeyri-müəyyən olması səbəbindən konstitusiyaya təklif edilən dəyişikliklərin qəbul edilib-edilməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Gundem.today xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb.

Bildirilib ki, sözügedən konstitusiya layihəsi Fransa qanunverici orqanı tərəfindən qəbul edildiyi təqdirdə Kanakinin siyasi statusunda və seçki sistemində dəyişikliklərə yol açacaq. Xüsusilə, layihə vilayət seçkilərində Fransa tərəfindən Kanakiyə köçürülmüş əhali hesabına seçkidə iştirak etmək hüququ olan şəxslərin əhatə dairəsinin genişləndirilməsini və mövcud seçki qaydalarının yenidən müəyyən edilməsini nəzərdə tutur.

Müstəqillik tərəfdarları müzakirəyə çıxarılmış aktı Fransa hökuməti tərəfindən seçkilər zamanı Kanakidə yaşayan yerli əhalinin azlıqda qalmasını təmin etmək və Fransanın müstəmləkəçilik siyasətinin möhkəmlənməsini nəzərdə tutan addım kimi qiymətləndirirlər.

Konstitusiyaya təklif edilən dəyişikliklərdə yeni "Kaledoniya vətəndaşlığı" anlayışının tətbiqi, mərkəzi hökumətin bir çox səlahiyyətlərinin yerli idarəetmə orqanlarına ötürülməsi nəzərdə tutulur və seçici siyahısının genişləndirilməsi təklif olunur. Bu xüsusda adada doğulanlar, eləcə də ərazidə ən azı 15 il daimi yaşamış şəxslər də seçkilərdə iştirak hüququ əldə edirlər.

Kanakinin müstəqillik tərəfdarı, Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) layihəyə qarşı çıxaraq bunun yekun siyasi razılaşma olmadığını və onun yekun razılaşma kimi təqdim edilməsinin reallığı əks etdirmədiyini bəyan edib. FLNKS rəhbərliyi Fransanı əvvəlki razılaşmalar, xüsusilə Matinyon və Numea sazişlərindəki öhdəliklərindən uzaqlaşmaqda ittiham edir, baş verən proseslərə görə məsuliyyətin birbaşa Fransa hökumətinin üzərində olduğunu vurğulayır.

FLNKS hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu kimi konstitusiya qanun layihəsindən imtina edilməli, mövcud seçici siyahısı əsasında qısa müddətdə vilayət seçkiləri keçirilməlidir və yalnız bu yolla yerli əhalinin iradəsi legitim ifadə oluna bilər. Eyni zamanda, FLNKS Bujival layihəsi ilə bağlı erkən referendum keçirilməsi təklifini qəbul etmir və hesab edir ki, bu addım cəmiyyət daxilində parçalanmaya səbəb ola bilər.

Fransa parlamentinin üzvü Bastiyan Laşo (Bastien Lachaud) məsələ ilə bağlı çıxış edərək bildirib ki, hökumət Kanaki ilə bağlı konstitusiya layihəsini konsensus olmadan qəbul etdirməyə çalışır. Onun sözlərinə görə, sənəd həm siyasi qüvvələrin böyük hissəsi, həm də müstəqillik tərəfdarları tərəfindən dəstəklənmir.

Qeyd edək ki, Kanakinin paytaxtı Numeada Fransa parlamentində aparılan müzakirələr ərəfəsində Fransa tərəfindən öyrədilmiş şəxslər aksiya keçiriblər. Aksiya iştirakçıları küçələrə çıxaraq Fransaya və müzakirə olunan konstitusiya layihəsinin qəbuluna dəstək ifadə ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Kanaki#Yeni_Kaledoniya#Fransa_Milli_Assambleyası#konstitusiya_dəyişikliyi#seçki_sistemi#Bakı_Təşəbbüs_Qrupu#FLNKS#müstəqillik_tərəfdarları#Kaledoniya_vətəndaşlığı#Noumea

Oxşar Xəbərlər

Pezeşkian İlham Əliyevə təşəkkür etdiSiyasət

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bu gün
22:180
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcəkSiyasət

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.

Bu gün
22:120
Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEOSiyasət

Gücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO

Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.

Bu gün
21:120
Hörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEOSiyasət

Hörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO

"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".

Bu gün
20:420