Son dəqiqə
FAB boyaları məktəblilərin gözü iləİlon Mask texnologiya şirkətini "SpaceX"ə transfer etdirirAzərbaycanda nasos stansiyasını su basıb - FOTOQızılın qiyməti qalxdıHacıqabulun və Şəmkirin bəzi ərazisi qazsız qalacaq"Dəli-Dolu təkliflər" ilə "Baku Electronics"də alış-verişin həyəcanlı dörd günü başlayır
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Gecə telefon istifadəsinin FƏSADLARI: Smartfonlar yuxu keyfiyyətini necə pozur? - FOTO
Gecə telefon istifadəsinin FƏSADLARI: Smartfonlar yuxu keyfiyyətini necə pozur? - FOTO
Cəmiyyət

Gecə telefon istifadəsinin FƏSADLARI: Smartfonlar yuxu keyfiyyətini necə pozur? - FOTO

Bu gün
14:20
0 baxış
Paylaş:

"Yuxu beynin və orqanizmin bərpası üçün həyati əhəmiyyət daşıyır. Lakin telefon və sosial şəbəkələrin gecə istifadəsi yuxu keyfiyyətini pozur. Smartfon ekranlarından yayılan qısa dalğalı mavi işıq retinal reseptorlar vasitəsilə epifiz vəzində melatonin hormonunun sintezini azaldır. Melatonin yuxu-oyanıqlıq ritminin tənzimlənməsində əsas rol oynayır. Onun azalması yuxuya keçidi gecikdirir və dərin yuxu fazalarının strukturunu dəyişdirir. Bu isə səhər yuxudan oyandıqda yorğunluq, diqqət dağınıqlığ

"Yuxu beynin və orqanizmin bərpası üçün həyati əhəmiyyət daşıyır. Lakin telefon və sosial şəbəkələrin gecə istifadəsi yuxu keyfiyyətini pozur. Smartfon ekranlarından yayılan qısa dalğalı mavi işıq retinal reseptorlar vasitəsilə epifiz vəzində melatonin hormonunun sintezini azaldır. Melatonin yuxu-oyanıqlıq ritminin tənzimlənməsində əsas rol oynayır. Onun azalması yuxuya keçidi gecikdirir və dərin yuxu fazalarının strukturunu dəyişdirir. Bu isə səhər yuxudan oyandıqda yorğunluq, diqqət dağınıqlığı və emosional gərginlik kimi simptomlarla müşayiət olunur".

Gundem.today xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində nevropatoloq Kəmalə İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə davamlı məlumat əldə etmək və davamlı mesaj yazmaq beyində dopamin sintezini artırır:

"Dopamin beyində və bədəndə çox vacib rol oynayan neyrotransmitterdir və insanın müsbət stimullara yönəlməsini təmin edir. Davamlı stimullaşma tolerantlıq yaradır. İstifadəçi daha çox stimula ehtiyac hiss edir və nəticədə telefon qarşısında keçirdiyi vaxt artır. Bu isə yuxu müddətinin azalmasına, yuxunun keyfiyyətinin pozulmasına və gündüz yorğunluğuna səbəb olur.

Bundan əlavə, sosial şəbəkələrdəki xəbər axını və informasiya çoxluğu emosional gərginliyi artırır. Stres, təşviş və narahatlıq yuxu strukturunu pozur, xüsusilə dərin yuxu fazasını zəiflədir. Belə hallarda yuxusuzluq, yuxuya getməkdə çətinlik və tez-tez yuxudan oyanma halları daha çox müşahidə olunur. İnsan beyni gündəlik informasiya axınına öyrəşdiyi üçün yuxu zamanı da bu məlumatları emal etməyə çalışır. Nəticədə yuxu dərinliyini qorumaq çətinləşir və bərpaedici proseslər tam baş vermir".

Kəmalə İsmayılova bildirib ki, yuxu keyfiyyətinin pozulması yalnız fiziki yorğunluğa səbəb olmur, həm də koqnitiv funksiyalara təsir edir:

"Diqqətin dağılması, yaddaşın zəifləməsi, emosional sabitliyin pozulması və qərar qəbul etmə bacarığının zəifləməsi müşahidə olunur. Gecə telefon istifadəsi həmçinin gündüz saatlarında əhval-ruhiyyə dəyişikliklərinə, əsəbilik və təşviş hallarının artmasına səbəb ola bilər. Buna görə də gecə saatlarında ekran qarşısında çox vaxt keçirmək uzunmüddətli olaraq yuxu strukturunu pozur və sağlam həyat tərzinə ciddi təsir göstərir.

Yuxunun bərpaedici funksiyası pozulduqda orqanizm daha tez yorulur, immun sistemi zəifləyir və gündəlik fəaliyyət üçün enerji səviyyəsi azalır. İnsan özünü daim yorğun, diqqəti dağılmış və emosional olaraq gərgin hiss edə bilər. Belə hallarda yuxu rejiminin pozulması ilə yanaşı, sosial fəaliyyətlərdə iştirak da azalır. Diqqət tələb edən tapşırıqlar çətinləşir və uzunmüddətli dövrdə həyat keyfiyyəti əhəmiyyətli dərəcədə təsirlənir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#smartfonların_zərərləri#yuxusuzluq#yuxu_keyfiyyəti#melatonin_hormonu#nevropatoloq_xəbərdarlığı#dopamin#sosial_şəbəkələrin_təsiri#sağlam_həyat_tərzi#mavi_işıq#emosional_gərginlik.

Oxşar Xəbərlər

Hacıqabulun və Şəmkirin bəzi ərazisi qazsız qalacaqCəmiyyət

Hacıqabulun və Şəmkirin bəzi ərazisi qazsız qalacaq

Sabah saat 10:00-dan işlər yekunlaşanadək Şəmkir rayonu, Əliyaqublu kəndinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu gün
16:420
Bakıda məşhur restoranda qonaqlara at əti təqdim edilirmiş - FOTOCəmiyyət

Bakıda məşhur restoranda qonaqlara at əti təqdim edilirmiş - FOTO

Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi, ev 2403, m.33F ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mahir Rauf oğlu Mehdiyevə məxsus "Alp Delux" şadlıq evində yoxlama keçirilib.

Bu gün
16:360
Sabah hava meteohəssas insanlar üçün necə olacaq?Cəmiyyət

Sabah hava meteohəssas insanlar üçün necə olacaq?

Mayın 8-i üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb.

Bu gün
16:240
Goranboyda şadlıq sarayında nöqsanlar aşkarlandı - FOTOCəmiyyət

Goranboyda şadlıq sarayında nöqsanlar aşkarlandı - FOTO

Goranboy rayonu Düzqışlaq kəndində fəaliyyət göstərən Verdiyev Azər Nəriman oğluna məxsus "Eşqin" şadlıq sarayında yoxlama keçirilib.

Bu gün
16:040