
Goranboyda şadlıq sarayında nöqsanlar aşkarlandı - FOTO
Goranboy rayonu Düzqışlaq kəndində fəaliyyət göstərən Verdiyev Azər Nəriman oğluna məxsus "Eşqin" şadlıq sarayında yoxlama keçirilib.
Goranboy rayonu Düzqışlaq kəndində fəaliyyət göstərən Verdiyev Azər Nəriman oğluna məxsus "Eşqin" şadlıq sarayında yoxlama keçirilib.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İctimai iaşə obyektində havalandırma sisteminin quraşdırılmadığı, manqalxana, soyuq qəlyanaltıların hazırlanması və yuma sahəsində döşəmə, divar səthlərinin asan yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, qida ilə təmasda olan alət və avadanlıqların təmiz saxlanılmadığı və korroziyaya uğradığı aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətPaytaxtın nəqliyyat sistemi dəyişdi: Sərnişinləri nə gözləyir?
"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkil edilməsinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təmin olunmasına yönəlib".
CəmiyyətPaytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - 07.05.2026
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Cəmiyyət"Global Media Group" şahmat turniri təşkil etdi: Oxu.Az-ın əməkdaşı qalib oldu - FOTO
"Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları arasında şahmat turniri keçirilib.
CəmiyyətXaçmazda ANTİSANİTAR vəziyyət: Ərazi zibil poliqonuna çevrilib - FOTO - VİDEO
Xaçmaz rayonunda yaşayış məntəqəsinin yaxınlığında yaranan zibil poliqonu sakinlərin narazılığına səbəb olub.