
Gələcəyin köməkçisi gəlir: "ChatGPT" supertətbiqə çevriləcək
ABŞ-nin "OpenAI" şirkəti fond bazarında səhmlərin ilkin kütləvi təklifindən (IPO) əvvəl "ChatGPT" çat-botunun fəaliyyətində irimiqyaslı islahatlar hazırlayır.
ABŞ-nin "OpenAI" şirkəti fond bazarında səhmlərin ilkin kütləvi təklifindən (IPO) əvvəl "ChatGPT" çat-botunun fəaliyyətində irimiqyaslı islahatlar hazırlayır.
Gundem.today xəbər verir ki, bu barədə şirkətin meneceri Tibo Sottio "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, şirkət çat-botu proqramlaşdırma alətləri və süni intellekt agentləri ilə birləşdirərək onu "supertətbiq"ə çevirmək niyyətindədir.
"Biz çalışırıq ki, istər şəxsi həyatınızda, istərsə də iş fəaliyyətinizdə, həyatınızın bütün sahələrində sizə kömək edə biləcək şəxsi agentiniz olsun", - deyə Sottio qeyd edib.
Qəzetin yazdığına görə, "OpenAI" "Codex" proqramlaşdırma alətinə daha çox diqqət ayırmağa başlayır. Şirkət hesab edir ki, süni intellektin gələcəyi istifadəçilərin suallarına cavab verən adi çat-botlarda deyil, onlar üçün müxtəlif tapşırıqları yerinə yetirən agentlərdədir.
Məlumata əsasən, "OpenAI" rəhbərliyi səyahət sifarişindən gündəlik işlərin planlaşdırılmasınadək çoxsaylı vəzifələri yerinə yetirə bilən süni intellekt agentlərinin adi çat-botlardan daha böyük dəyərə malik olacağını düşünür.
Nəşrin məlumatına görə, dəyişikliklərin yaxın həftələrdə tətbiqinə başlanacaq. "ChatGPT"nin veb-versiyası və mobil tətbiqinin istifadəçiləri proqramlaşdırma və şəkil yaratma alətlərindən istifadə edə, həmçinin qrafik dizayn xidməti "Canva" və səyahət xidməti Booking.com kimi üçüncü tərəf tərəfdaşların tətbiqlərini prosesə cəlb edə biləcəklər.
Qəzet əlavə edib ki, "OpenAI" istifadəçilərin ayrı-ayrı tətbiqlər toplusu ilə deyil, getdikcə daha çox vahid süni intellekt köməkçisi ilə işləməsinə üstünlük verir. Məhz buna görə şirkət daha əvvəl video generasiyası üçün nəzərdə tutulmuş "Sora" modelinin ayrıca məhsul kimi inkişafından imtina edib.
"OpenAI" hesab edir ki, gələcəkdə çat-botlar, proqramlaşdırma alətləri, axtarış məhsulları və digər xidmət kateqoriyaları arasındakı sərhədlər tədricən aradan qalxacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran bütün hava limanlarını bağladı, uçuşlar təxirə salındı
Yaxın Şərqdə artan gərginlik fonunda İranın qərb bölgəsindəki hava limanları, eləcə də Tehrandakı beynəlxalq aeroportlar fəaliyyətini dayandırıb. Bütün reyslər qeyri-müəyyən vaxtadək ləğv edilib.
DünyaPaşinyandan ilk SEÇKİ AÇIQLAMASI: "Üçbaşlı müharibə partiyası məğlub oldu, xalq sülhü müdafiə etdi"
Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə keçirilən seçkinin yekununa əsasən hakim Vətəndaş Sazişi Partiyasının parlamentdə çoxluq təşkil edəcəyini və hökuməti formalaşdıracağını bəyan edib.
DünyaPolşa Zelenski üçün hava limanını bağladı: Varşava ilə Kiyev arasında gərginlik artır
Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşa ilə münasibətlərin pisləşməsindən sonra xarici ölkələrə səfərləri üçün Moldova vasitəsilə uçmağa başladığı bildirilir. Kiyev və Varşava arasında yaranan yeni diplomatik münaqişənin təfərrüatları.
DünyaABŞ İsrailin "Hizbullah" obyektinə zərbə endirməsinə razılıq verib?
Birləşmiş Ştatlar İsrail tərəfindən "Hizbullah" təşkilatının Beyrutun ətrafında yerləşən hədəfinə zərbə endirilməsinə icazə verməyib.