
Gəncə sakinlərinin bir aydır bitməyən dərdi: "Körpə uşaqlar rütubətdən xəstələnəcəklər" - VİDEO
Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 10 ünvanında yaşayan bir qrup sakin yaşadıqları binanın dam örtüyünün təmirsiz qalmasından şikayətçidir. Sakinlərin sözlərinə görə, fevralın 27-də baş verən güclü külək nəticəsində uçan dam örtüyü bir aydır ki, bərpa olunmur.
Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 10 ünvanında yaşayan bir qrup sakin yaşadıqları binanın dam örtüyünün təmirsiz qalmasından şikayətçidir. Sakinlərin sözlərinə görə, fevralın 27-də baş verən güclü külək nəticəsində uçan dam örtüyü bir aydır ki, bərpa olunmur.
Gundem.today xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Şikayətçilər bildirirlər ki, damın açıq qalması səbəbindən yağan yağışlar həm binanın bloklarına, həm də sonuncu mərtəbədəki mənzillərə ciddi ziyan vurub. Sakinlərdən biri vəziyyəti belə təsvir edir: "Dəfələrlə "112" xidmətinə və Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmişik, lakin nəticə yoxdur. Evin içinə qablar düzmüşük, hər yer su içindədir, rütubətdən dözülməz iy gəlir. Evdə iki körpə uşaq var, onlar bu şəraitdə xəstələnəcəklər. Yorğan-döşəyimizə qədər hər şey batıb".
Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, güclü külək nəticəsində zərər görmüş çoxmənzilli binalara artıq baxış keçirilib. Yoxlamalar İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının təşkilatçılığı, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi, FHN-in müvafiq qurumları və "Azərdövlətlayihə" İnstitutunun nümayəndələrinin iştirakı ilə aparılıb.
Qurumdan verilən məlumata görə, zərərçəkmiş binaların vəziyyəti müvafiq qaydada aktlaşdırılıb və problemin həlli istiqamətində aidiyyətiqurumlar tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətXarici İşlər Nazirliyində işləmək istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb.
CəmiyyətPolis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçirblər - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantları ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləşmob keçiriblər.
CəmiyyətŞəhid xanımına leytenant rütbəsi təqdim olundu - FOTO
Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenant rütbəsi verilib.
CəmiyyətDünya yenidən TƏŞVİŞ İÇİNDƏ: Hantavirus nədir? - Ölümcül infeksiyanın ƏLAMƏTLƏRİ
Mayın 4-də Ümumdünya Səhiyyə Təşkilatı Atlantik okeanında Argentinadan Kabo-Verdeyə hərəkət edən, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirus infeksiyasının yayıldığını açıqlayıb. Son bilgilərə əsasən, gəmidə səkkiz yoluxma halı təsdiqlənib, onlardan üçü ölümlə nəticələnib. Maraqlıdır ki, əsasən, Amerika qitəsində rast gəlinən virusun əhatə dairəsi genişlənib, ona İsraildə də rast gəlinib.