
"General Motors" 270 mindən çox avtomobili geri çağırır
"Chevrolet", "Buick", "GMC" və "Cadillac" brendlərinin sahibi olan ABŞ-nin "General Motors" (GM) korporasiyası arxa görüntü kamerasındakı nasazlıq səbəbindən ölkə üzrə 271 700 nəqliyyat vasitəsini geri çağıracaq.
"Chevrolet", "Buick", "GMC" və "Cadillac" brendlərinin sahibi olan ABŞ-nin "General Motors" (GM) korporasiyası arxa görüntü kamerasındakı nasazlıq səbəbindən ölkə üzrə 271 700 nəqliyyat vasitəsini geri çağıracaq.
Gundem.today xəbər verir ki, bu barədə "Reuters" nəşri ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) hesabatına istinadən xəbər yayıb.
Məlumata görə, geriçağırma, əsasən, "Chevrolet Malibu" sedanlarını əhatə edəcək. Avtomobillərin konkret buraxılış illəri hələlik qeyd olunmur. Tənzimləyici qurumun bildirdiyinə görə, nasazlıq arxa görüntü kamerasından gələn təsvirin monitorda əks olunmaması və ya təhriflə ötürülməsi ilə bağlıdır. Bu isə manevr zamanı qəza riskini artıran amil kimi qiymətləndirilir.
GM dilerləri geri çağırılan avtomobillərdə ödənişsiz diaqnostika aparacaq və nasaz olan kameraları yeniləri ilə əvəz edəcəklər. Şirkət yaxın vaxtlarda avtomobil sahiblərinə rəsmi bildirişlərin göndərilməsinə başlayacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail ordusu ötən gecə Livana 20-dən çox hava zərbəsi endirib - VİDEO
İsrail ordusu ötən gecə Livanda 20-dən çox hava hücumu həyata keçirib.
DünyaTramp: "ABŞ qüvvələri İranda və onun ətrafında qalacaqlar" - FOTO
"ABŞ qüvvələri müqavilənin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacaqlar".
Dünyaİranın İsrailə hücumları nəticəsində 42 nəfər həlak olub
40-cı gününə qədəm qoyan "Aslanın nəriltisi" əməliyyatı zamanı ən azı 42 İsrail əsgəri və mülki şəxs həlak olub.
DünyaQlobal istiləşmə antibiotiklərə davamlı bakteriyaların çoxalmasına səbəb olur - Yeni araşdırma
Qlobal istiləşmə və iqlim dəyişiklikləri antibiotiklərə qarşı müqavimət göstərə bilən bakteriyaların çoxalmasına səbəb ola bilər.