Son dəqiqə
KİV: İsrailin Livana zərbələri ABŞ və İran arasındakı atəşkəsi poza bilərAzərbaycan Prezidenti Litvanın baş nazirini qəbul edib - FOTOCHP-nin Ankara bölgəsi üzrə rəhbəri saxlanıldıRusiyada Şahin Şıxlinskiyə qarşı daha bir iş üzrə cəza istənildi - VİDEOİlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib - FOTOKinomuzun sevimli aktyoru və rejissoru Ceyhun Mirzəyevin doğum günüdür - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Paytaxtda NARKOTİK ƏMƏLİYYATI: Altı nəfər 72 kiloqram narkotiklə tutuldu - FOTO - VİDEO
Paytaxtda NARKOTİK ƏMƏLİYYATI: Altı nəfər 72 kiloqram narkotiklə tutuldu - FOTO - VİDEO
Kriminal

Paytaxtda NARKOTİK ƏMƏLİYYATI: Altı nəfər 72 kiloqram narkotiklə tutuldu - FOTO - VİDEO

Bu gün
09:16
0 baxış
Paylaş:

Nəsimi rayonunda saxlanılan 6 nəfərdən ümumilikdə 72 kiloqram narkotik vasitə aşkarlanıb.

Nəsimi rayonunda saxlanılan 6 nəfərdən ümumilikdə 72 kiloqram narkotik vasitə aşkarlanıb.

Gundem.today xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 72 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 156 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, eləcə də 2 min ədəd metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Nəsimi_rayonu#polis_əməliyyatı#narkotik_dövriyyəsi#narkokuryer#marixuana#tiryək#həşiş_qətranı#metadon_həbi#cinayət_işi#Bakı_polisi#qanunsuz_dövriyyə#narkotiklə_mübarizə.

Oxşar Xəbərlər

Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildiKriminal

Bakıda sevgilisini döyən qısqanc kişi cinayət məsuliyyətindən azad edildi

Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Balayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu gün
10:520
Borc mübahisəsinə qarışan qadın qonşusunun burnunu sındırdıKriminal

Borc mübahisəsinə qarışan qadın qonşusunun burnunu sındırdı

Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Kəmalə Məmmədovanın (adı, soyadı şərtidir - red.) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bu gün
10:280
Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜATKriminal

Sosial şəbəkədə tanış oldular, qadınla görüşünü çəkib ərinə göndərdi - TƏFƏRRÜAT

Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü Səfər ər-arvadı intim görüntülərlə şantaj etməkdə ittiham olunub.

Bu gün
01:120
Nişanlısı ilə restorana getdi, yatıb masada qaldıKriminal

Nişanlısı ilə restorana getdi, yatıb masada qaldı

Bakının Səbail rayonunda yerləşən restoranda dava-dalaş salan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bu gün
20:240