
Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir: Məhkəməyə müraciət edə biləcək
Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir.
Gömrük orqanlarının səlahiyyətləri genişləndirilir.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, gömrük orqanları gömrük borcunu ödəmək öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirməyən xarici ticarət iştirakçısının hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatGömrükdə yeni MƏHDUDİYYƏTLƏR: Malların saxlanma müddəti AZALDILIR
Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçiriləcək.
İqtisadiyyat"Duty free"də satışlara nəzarət artırılır - YENİ QAYDALAR
Rüsumsuz ticarət ("duty free") xüsusi gömrük proseduru və onun əhatə dairəsi müəyyənləşir.
İqtisadiyyatPirat malların gömrükdə aqibəti necə olacaq? - YENİ QƏRAR
Gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilə, yaxud onlardan dövlətin xeyrinə imtina olunacaq.
İqtisadiyyatAzərbaycana pirat və kontrafakt şübhəli malların buraxılışı DAYANDIRILACAQ
Barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə üç iş günü müddətinə dayandırılacaq.