Gömrük postunda 243 ədəd mobil telefon aşkar edilib
Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhd göstərilən 243 ədəd mobil telefon, xeyli sayda mobil telefon aksesuarları və dərman preparatları aşkar edilib.

Gundem.today xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkə ərazisinə gələn nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.
Yoxlama zamanı nəqliyyat vasitəsinin müxtəlif hissələrindəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 243 ədəd müxtəlif markalı mobil telefon, mobil telefonlar üçün 298 ədəd enerji doldurucusu və 225 qutu dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəXəzər dənizində zəlzələ oldu - FOTO
Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ qeydə alınıb.
HadisəAğsuda iki yük maşını toqquşdu - Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRi
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
HadisəAğsuda iki yük maşını toqquşdu - Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
HadisəŞəkidə "KamAZ" 69 yaşlı qadını vurub öldürdü
Bu gün saat 9 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində sürücü Tərlan Siracəddinov idarə etdiyi "KamAZ" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən piyada, 69 yaşlı Solmaz İsayevanı vurub.