
WUF13-ün Təşkilat Komitəsinin iclası keçirildi, tapşırıqlar verildi - FOTO
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib.
Gundem.today AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, WUF13-ün başlanmasına az vaxt qaldığını və mayın 17-dən 22-dək Bakı şəhərinin dünyanın şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalarından birinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Samir Nuriyev WUF13-ün Azərbaycanın müasir şəhərsalma baxışının, dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələrin, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq modelinin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin WUF13-ün əhəmiyyətini daha da artırdığı qeyd olunub. Belə ki, Forumun bu çərçivədə il ərzində həyata keçirilən tədbirlərin məntiqi davamı və əsas beynəlxalq mərhələsi kimi çıxış etdiyi diqqətə çatdırılıb.
Samir Nuriyev Forumda iştirak üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxsin qeydiyyatdan keçdiyini, onların təxminən yarısının xarici nümayəndələr təşkil etdiyini bildirərək, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu qeyd edib.
Təşkilat Komitəsinin sədri Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə keçiriləcək Liderlərin Bəyanatları seqmentinin Forumun siyasi və substantiv baxımdan əsas yeniliklərindən biri olduğunu, bu toplantının şəhərsalma və dayanıqlı məskunlaşma məsələlərini ali səviyyəli qlobal müzakirə predmetinə çevirəcəyini diqqətə çatdırıb.
Liderlər seqmentinə, həmçinin Azərbaycanın sədrliyi ilə keçiriləcək WUF13 Nazirlər Görüşünə, Azərbaycan tərəfindən təşkil olunacaq Xüsusi Sessiyaya, Azərbaycan pavilyonunda nəzərdə tutulan tədbirlərə və işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin təqdimatına hazırlığın xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, protokol, nəqliyyat və təşkilati-logistika sahələrində görülmüş işlər, habelə gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, WUF13-ün Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində formalaşmış müsbət təcrübəsinin növbəti uğurlu nümunəsinə çevriləcəyinə əminliyini bildirib.
Samir Nuriyev WUF13-ə hazırlıq prosesinin yekun mərhələsində aidiyyəti qurumlar tərəfindən müvafiq məsələlərin operativ və uzlaşdırılmış qaydada həll edilməsi, həmçinin bütün istiqamətlər üzrə işlərin daha da intensivləşdirilməsi və başa çatdırılması barədə tapşırıqlar verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətABŞ və Çin arasında böyük bazarlıq: İran və Rusiya əsas mövzu olur? - VİDEO
Baku TV-nin "Aktual gündəm" verilişinin yeni buraxılışında ABŞ-Çin münasibətləri müzakirə edilib.
SiyasətBoşa çıxan "təşəbbüs"lər və Bakı faktoru: Fransa regionda niyə istədiyini ala bilmir? - VİDEO
Cənubi Qafqazda geosiyasi proseslər son illərdə yeni mərhələyə daxil olub. Regionda yaranmış yeni reallıqlar Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini bir-biri ilə daha əlaqəli prosesə çevirib.
SiyasətAzərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib
Bakı şəhərində Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
SiyasətZaxarova Bakının Avropa Parlamenti ilə münasibətləri dayandırmasından danışdı: "Təəccüblü deyil"
"Azərbaycanın Avropa Parlamenti (AP) ilə münasibətləri dayandırması tamamilə suveren bir addımdır və heç bir təəccüb doğurmur".