
Hollivud ulduzunun əşyaları hərraca çıxarılacaq - FOTO
Hollivud ulduzu Metyu Perrinin xatirə əşyaları "Heritage Auctions" hərrac meydançasında iyunun 5-də satışa çıxarılacaq.
Hollivud ulduzu Metyu Perrinin xatirə əşyaları "Heritage Auctions" hərrac meydançasında iyunun 5-də satışa çıxarılacaq.
Gundem.today xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Lotlar arasında "Dostlar" (Friends) serialının pilot bölümünün ssenarisi də var. Maraqlıdır ki, həmin dövrdə məşhur sitkom hələ "Six of One" işçi adını daşıyırdı. Satışa çıxarılan ssenari nüsxəsində bütün aktyor heyətinin imzası mövcuddur.
Hərracdan əldə olunan vəsait aktyorun vəfatından sonra yaradılan Metyu Perri Fonduna köçürüləcək. Fond asılılıqdan əziyyət çəkən şəxslərə mənfi münasibətin yaranmasına qarşı mübarizə aparmaq və onlara dəstək olmaq məqsədilə fəaliyyət göstərir.
Əfsanəvi ssenari ilə yanaşı, hərraca sifarişlə hazırlanmış "Betmen" üslublu pinq-ponq masası, həmçinin Monika və Reyçelin mənzilindəki məşhur qapı gözünün surəti də çıxarılacaq.
Nəşrin məlumatına görə, ssenarinin başlanğıc qiyməti 500 dollar təşkil edir.
Xatırladaq ki, "Dostlar" serialının ulduzu Metyu Perri 2023-cü il oktyabrın sonunda 54 yaşında vəfat edib. O, Los-Ancelesdəki evində ölü tapılıb. Həmin ilin dekabrında "The New York Times" qəzeti aktyorun ölüm səbəbinin ketamin adlı narkotik maddənin kəskin təsiri olduğunu yazmışdı.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİspan siyasi xadimin qalıqları qədim əlyazma ilə dəyişdirilə bilər - FOTO
Meksikalı yazıçı və siyasi xadim Pedro Migel ispan konkistadoru Ernan Kortesin qalıqlarının İspaniyaya verilməsi müqabilində qədim maya artefaktlarının geri qaytarılmasını təklif edib.
DünyaGünorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama
"Bəzi hallarda insanlar yuxudan oyandıqdan sonra gümrahlıq deyil, əksinə, yorğunluq və süstlük hiss edirlər".
DünyaŞanxayda dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək - FOTO
Şanxayın şimal-şərqində dünyanın ən böyük milsiz "Şeytan çarxı" inşa ediləcək. 228 metr hündürlüyündə olacaq bu nəhəng attraksionun mərkəzi oxu və milləri (təkərin mərkəzi ilə halqasını birləşdirən çubuqlar) olmayacaq.
DünyaMərhum aktyor Metyu Perrinin əşyaları hərraca çıxarılacaq - FOTO
Hollivud ulduzu Metyu Perrinin xatirə əşyaları "Heritage Auctions" hərrac meydançasında iyunun 5-də satışa çıxarılacaq.