
Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinə başçılıq edəcək
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Acarıstan hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Acarıstan hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.
Gundem.today "News Georgia"ya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasında keçirilən brifinqdə elan edilib.
Z.Pataradze artıq 2016-2018-ci illərdə Acarıstan hökumətinə rəhbərlik edib. Son vaxtlara qədər o, Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb.
M.Kavelaşvili bildirib ki, bu qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə razılaşdıraraq qəbul edib. Namizədliyin təsdiqlənməsi üçün Acarıstan Ali Şurası üzvlərinin əksəriyyəti ona səs verməlidir. Hakim "Gürcü Arzusu" partiyasının qurumda çoxluğa malik olması səbəbindən bu prosedur formal xarakter daşıyır.
"Zurab Pataradze uzun illər diplomatik xidmətdə səmərəli fəaliyyət göstərib, Gürcüstanın maraqlarını beynəlxalq səviyyədə layiqincə qoruyub. O, əslən Acarıstandandır, regionun ehtiyaclarını və potensialını yaxşı bilir", - deyə M.Kavelaşvili bildirib.
Z.Pataradze peşəkar diplomatdır. 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Bundan əvvəl Qazaxıstanda (2013-2016) və Türkiyədə (2012-2013) səfir, həmçinin İstanbulda baş konsul vəzifələrini tutub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPaşinyandan İrəvanda Türkiyə bayrağının yandırılmasına REAKSİYA
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılmasına münasibət bildirib. O bu hərəkəti "təxribatçı və gərginlik yaradan addım" kimi qiymətləndirib.
Dünyaİsrail KİV: Qalibaf SEPAH-ın müdaxiləsindən sonra ABŞ ilə danışıqları tərk edib
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın danışıqlar komandasını tərk etdiyi bildirilir.
Dünyaİran XİN ABŞ ilə danışıqların əsas mövzularını sadaladı
İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bəyan edib ki, Tehranın nüvə proqramı məsələsi ABŞ ilə danışıqların əsas mövzusu deyil.
DünyaTramp: "Vaşinqtonun addımları çox yaxşı nəticə verir"
"ABŞ-nin İrana zərbələri zamanı digər ölkələrin köməyinə ehtiyacı olmayıb. Vaşinqtonun yardımla bağlı hər hansı sorğusu sadəcə NATO çərçivəsindəki müttəfiqlərin nə dərəcədə etibarlı olduğunu yoxlamaq üçün bir sınaq idi".