Son dəqiqə
ABŞ-nin sayca üçüncü aviadaşıyıcısı Yaxın Şərqə çatıbMakron siyasətdən gedəcəyini bildirdiXətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEOVinisius Juniorun "Real Madrid"dəki gələcəyinə aydınlıq gəldiSuraxanının bəzi ərazilərində işıq olmayacaqElçin Əmirbəyov XI Delfi İqtisadi Forumunda çıxış edib - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO
Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO
Cəmiyyət

Məşhurlar üçün ayrıca qəbiristanlığın yaradılması müzakirə olunur - VİDEO

Bu gün
23:48
0 baxış
Paylaş:

Bir neçə il əvvəl ölkəmizdə teatr forumu keçirilib. Xalq artisti Afaq Bəşirqızı həmin forumda bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də sənətkarlar üçün xüsusi qəbiristanlığın yaradılması olub.

Bir neçə il əvvəl ölkəmizdə teatr forumu keçirilib. Xalq artisti Afaq Bəşirqızı həmin forumda bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də sənətkarlar üçün xüsusi qəbiristanlığın yaradılması olub.

Bu təklif necə qarşılanıb? Bu barədə nə düşünülür?

Gundem.today xəbər verir ki, "Azad Azərbaycan TV"nin videomaterialında bu suallara aydınlıq gətirilib.

Dünyanın bir çox ölkələrində məşhur səhnə adamlarının dəfn olunduğu xüsusi qəbiristanlıqlar mövcuddur. Bu qəbiristanlıqları təkcə onların ailə üzvləri yox, həm də sevənləri ziyarət edirlər. Rusiyanın paytaxtı Moskva şəhərindəki Novodeviçye qəbiristanlığını misal göstərmək olar. Yuri Nikulin, Mixail Bulqakov, Oleq Tabakov və digər sənətkarlar, dövlət xadimləri həmin qəbiristanlıqda dəfn olunublar.

Azərbaycanda tanınmış şəxslər üçün xüsusi qəbiristanlığın olması ideyasını yenidən gündəmə gətirən Afaq Bəşirqızı deyib ki, buna bizim ölkəmizdə də ehtiyac var.

Kinoşünas Şəhli Əmirli deyib ki, bu qəbiristanlıq aktyorların istəyi əsasında yaradıla bilər:

"Tamaşaçıların özü də aktyorlar vəfat etdikdən sonra onların ziyarətinə gedirlər. Yəni bu, aktyorların öz istəyidirsə, ona kimsə qarışa bilməz. Sənətkarların həyatı ölümündən sonra başlayır. Çünki onların obrazları onların varlığını həmişə xatırladır".

Mövzu ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, belə bir qəbiristanlığın yaradılması məsələsi hələ ki gündəmdə deyil.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Afaq_Bəşirqızı#Azərbaycan_Respublikası_Mədəniyyət_Nazirliyi#Qəbiristanlıq

Oxşar Xəbərlər

Xətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEOCəmiyyət

Xətai sakinləri ayağa qalxdılar: Məktəbin yolu zəbt olunur? - VİDEO

Sakinlərin Baku TV-nin qaynar xəttinə ünvanladıqları şikayətə görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 29 ünvanında, 86 nömrəli məktəbin yaxınlığında gediş-gəliş yolu zəbt olunub və ərazidə qanunsuz tikinti aparıldığı iddia edilir.

Bu gün
01:000
Suraxanının bəzi ərazilərində işıq olmayacaqCəmiyyət

Suraxanının bəzi ərazilərində işıq olmayacaq

Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu gün
00:360
Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilirCəmiyyət

Azərbaycanda cinayət işlərinin məhkəmə aidiyyəti ilə bağlı dəyişiklik gözlənilir

Cinayət-Prosessual Məcəllənin cinayət işinin ərazi üzrə məhkəmə aidiyyətinə dair müddəalarında dəyişiklik ediləcək.

Bu gün
22:340
Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTOCəmiyyət

Bakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTO

Dənizkənarı Milli Park ərazisində ilk dəfə caz musiqisi ilə qastronomiyanı bir araya gətirən Caz və Şərab Festivalı təşkil olunur.

Bu gün
21:400