
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik müzakirə olunub" - VİDEO
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edib.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfər edib.
Gundem.today xəbər verir ki, "Haber Global" bu barədə xüsusi videomaterial hazırlayıb.
Qeyd olunub ki, C.Yılmaz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin görüşünə qatılıb. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 2-də C.Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bundan əlavə, Yılmaz Bakıda bir sıra rəsmi görüşlər keçirib.
"Şuşa Bəyannaməsində də öz əksini tapan, müttəfiqlik prinsiplərinə əsaslanan bu əlaqələr, ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi, "bir millət, iki dövlət" anlayışına söykənir. Buna görə də qarşılıqlı səfərlər hər fürsətdə həyata keçirilir. Həmçinin, prezidentlərimizin malik olduqları ortaq və güclü baxış bu münasibətlərin ən möhkəm təməlini təşkil edir", - deyə vitse-prezident bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPezeşkian İlham Əliyevə təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
SiyasətAzərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.
SiyasətGücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO
Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.
SiyasətHörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO
"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".