
"HammAli & Navai"nin klipindəki məşhur aktrisanın ölümünə səbəb olan motosikletçi ilə bağlı QƏRAR
Moskvanın Nikulinski Məhkəməsi aktrisa və fotoqraf Kseniya Dobromilovanın ölümü ilə nəticələnən qəzanı törətmiş motosiklet sürücüsü Maksim Zaviryuha barəsində ev dustaqlığı qərarı çıxarıb.
Moskvanın Nikulinski Məhkəməsi aktrisa və fotoqraf Kseniya Dobromilovanın ölümü ilə nəticələnən qəzanı törətmiş motosiklet sürücüsü Maksim Zaviryuha barəsində ev dustaqlığı qərarı çıxarıb.
Gundem.today RBC-yə istinadən xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti xəbər yayıb.
* "HammAli & Navai"nin klipindəki məşhur aktrisanın öldüyü qəzanın ANBAAN VİDEOSU
* Azərbaycanlı repçi üçün Moskvada "qara zolaq": Bir saat içində aktrisanın ölümü və metal yığınına dönən "Ferrari" - FOTO/VİDEO
Məhkəmə istintaq orqanının həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini rədd edib. Təqsirləndirilən şəxs barəsində iki ay müddətinə ev dustaqlığı qərarı verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi mayın 5-də Moskvanın Bolşaya Doroqomilovskaya küçəsində baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, 34 yaşlı bayker yol hərəkəti qaydalarını pozmadan hərəkət etsə də, idarəetməni itirib. Onda hər hansı sərxoşluq əlaməti aşkar olunmayıb.
Sürücüyə qarşı ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb. Hadisə anında həlak olan qadının yolda fotoşəkillər çəkdiyi bildirilir.
Həyatını itirən Kseniya Dobromilovanın 34 yaşı var idi. O, Filatov adına Teatr kollecini bitirib, "Luna" teatrında və Moskva Müzikl teatrında çalışıb. Aktrisa "HammAli & Navai" duetinin "Devoçka-voyna" klipindəki baş rolu ilə geniş populyarlıq qazanıb, həmçinin motosiklet icmasında tanınmış fotoqraf kimi tanınıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ Qərb yarımkürəsinə humanitar yardımın həcmini kəskin artırır
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti xarici dövlətlərə nəzərdə tutulan humanitar yardımların böyük bir qismini Qərb yarımkürəsi ölkələrinə istiqamətləndirməyi planlaşdırır.
Dünyaİran ABŞ-nin təklifini nəzərdən keçirir
"Tehran hələlik Amerika Birləşmiş Ştatlarının təklifinə rəsmi cavab təqdim etməyib".
DünyaRusiya mayın 8-dən 10-dək atəşkəs elan etdi
Rusiya rəhbərliyi Böyük Vətən müharibəsində qazanılmış Qələbənin 81-ci ildönümü ilə bağlı bayram günlərində - 8 may saat 00:00-dan (Bakı vaxtı ilə 01:00 - red.) 10 may tarixinədək atəşkəs rejimi tətbiq edəcəyini açıqlayıb.
DünyaRusiya ikigünlük atəşkəs elan etdi
Rusiya rəhbərliyi Böyük Vətən müharibəsində qazanılmış Qələbənin 81-ci ildönümü ilə bağlı bayram günlərində - 8 may saat 00:00-dan (Bakı vaxtı ilə 01:00 - red.) 10 may tarixinədək atəşkəs rejimi tətbiq edəcəyini açıqlayıb.