
Azarkeşlərin üsyanından sonra "Liverpul" geri addım atdı
"Liverpul" klubu yaxın illərdə ev oyunlarına biletlərin qiymətlərinin artırılması planına yenidən baxdığını açıqlayıb.
"Liverpul" klubu yaxın illərdə ev oyunlarına biletlərin qiymətlərinin artırılması planına yenidən baxdığını açıqlayıb.
Gundem.today xəbər verir ki, klub əvvəlcə gələn mövsümdən etibarən biletlərin qiymətini 3% artırmağı, həmçinin 2027/28 və 2028/29 mövsümlərində inflyasiyaya uyğun əlavə artımlar etməyi planlaşdırırdı.
Lakin rəhbərliyin bu qərarı "qırmızılar"ın azarkeşləri tərəfindən ciddi etirazla qarşılanıb.
Bu gün isə "Liverpul" planlarda dəyişiklik edildiyini bəyan edib. Bildirilib ki, 2026/27 mövsümü üçün biletlərin qiyməti planlaşdırıldığı kimi 3% artırılacaq, lakin 2027/28 mövsümündə qiymətlər dondurulacaq.
Qeyd olunub ki, klubun gələcək planları "Liverpul" Azarkeşlər Şurası ilə birgə müzakirə ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanDÇ-2026-nın rəsmi himni təqdim olundu: Şakira geri döndü - VİDEO
Kolumbiyalı məşhur müğənni Şakira növbəti dəfə futbol üzrə dünya çempionatının rəsmi himninin ifaçısı seçilib.
İdmanEmin Əmrullayev: "Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır"
"Minifutbol turnirlərinin keçirilməsi gənclərin idmana marağının artmasında rol oynayır".
İdman"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib.
İdmanFərid Qayıbov: "Bu dəfə minifutbolda fərqli finala şahidlik etdik"
"Dövlət qurumlarının əməkdaşları arasında keçirilən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirində bu dəfə fərqli final oyunu oldu".