
Harri Keyn Çempionlar Liqasında ingilis futbolçular arasında rekord nəticəyə imza atdı
"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının ardıcıl altı matçında qol vuran tarixdəki ilk ingilis futbolçu olub.
"Bavariya"nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasının ardıcıl altı matçında qol vuran tarixdəki ilk ingilis futbolçu olub.
Gundem.today xəbər verir ki, bu barədə "Squawka" "X" platformasında məlumat yayıb.
Forvard turnirin yarımfinalında PSJ ilə ilk oyununun 17-ci dəqiqəsində penaltini qola çevirib. Keyn Çempionlar Liqasının əvvəlki beş oyununda da qol vurub. Futbolçu ümumi mərhələdə "Union Berlin" və PSV-nin, 1/8 finalda "Atalanta" və 1/4 finalın hər iki oyununda "Real Madrid"in qapılarına yol tapıb.
Beləliklə, o, 2008-ci ildə ardıcıl beş oyunda qol vuran Stiven Cerrardı geridə qoyaraq, ingilislər arasında Çempionlar Liqasında ən uzun qol seriyasına imza atıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Sabah" - "Karvan-Yevlax" matçının əvəzi ağır oldu: Hər iki klub cərimə ödəyəcək
AFFA İntizam Komitəsi "Sabah" klubunu ümumilikdə 7 500 manat məbləğində cərimələyib.
İdmanAFFA "Sumqayıt"ı yüksək məbləğdə CƏRİMƏLƏDİ
AFFA-nın İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat məbləğində cərimələyib.
İdmanAzarkeşlərin intizamsızlığı səbəbindən "Neftçi" və "Qarabağ" cərimələndi
"Neftçi" klubu azarkeşlərinin intizamsızlığına görə ümumilikdə 13 min manat məbləğində cərimə ilə üzləşib.
İdman"Haramball": Futbolda sağqalma sənəti
Futbolda "haramball" termini populyarlaşıb. Tamamilə müdafiəyə çəkilib rəqibə oyun qurmağa imkan verməməyə əsaslanan bir taktika. Oyundan alınan zövq bərbaddır, amma funksionallığı yüksəkdir. Heç bir qol buraxmadan, fürsət yarananda isə qol vurmaq strategiyasıdır.