Son dəqiqə
Prezident: "Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir"ABŞ məktəblərində hücumların qarşısını almaq üçün PUA-lar tətbiq edilirFHN rəsmisi: "Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir" - FOTOPrezident: "Azərbaycan-Gürcüstan əlaqələri bundan sonra da inamla inkişaf edəcək"8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılırAzərbaycan Prezidenti: "Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Hava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞU
Hava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞU
Cəmiyyət

Hava şəraiti ilə əlaqədar neçə universitet onlayn tədrisə keçdi? - SORĞU

Bu gün
13:04
1 baxış
Paylaş:

Son günlər müşahidə olunan dəyişkən hava şəraiti təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Məktəblərdə şagirdlərin davamiyyətində azalma qeydə alınıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Son günlər müşahidə olunan dəyişkən hava şəraiti təhsil müəssisələrinə də təsirsiz ötüşməyib. Məktəblərdə şagirdlərin davamiyyətində azalma qeydə alınıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Eyni vəziyyətin ali təhsil müəssisələrində də müşahidə olunduğu bildirilir. Hətta bəzi universitetlərdə dərslərin müvəqqəti olaraq onlayn formata keçirildiyinə dair iddialar səsləndirilir.

Bəs bu iddialar nə dərəcədə doğrudur?

Gundem.today məsələni aydınlaşdırmaq üçün universitetlər arasında sorğu keçirib.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, tədris ənənəvi qaydada davam edir və tələbələrin davamiyyətində ciddi problem yoxdur.

Azərbaycan Dillər Universitetindən qeyd olunub ki, tədris prosesi ənənəvi formada davam edir, hər hansı dəyişiklik qeydə alınmayıb.

Azərbaycan Dövlət İqtisad Universitetindən isə sorğumuza cavab olaraq bildirilib ki, dərslər ənənəvi qaydada keçirilir.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan-Fransız Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Odlar Yurdu Universiteti və Bakı Qızlar Universitetindən sorğumuza cavab olaraq qeyd olunub ki, tədris ənənəvi qaydada davam edir. İstisna hal kimi, bəzi subasmış ərazilərdən gələn tələbələrin davamiyyəti anlayışla qarşılanır, gecikmə halları nəzərə alınır.

Yalnız Xəzər Universitetindən sorğumuza cavab olaraq bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar dərslər müvəqqəti olaraq onlayn formata keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#təhsil#universitetlər#onlayn_dərslər#hava_şəraiti#tələbələrin_davamiyyəti#ənənəvi_tədris#distant_təhsil#MÜTDA#ali_təhsil_müəssisələri#yağışlı_hava

Oxşar Xəbərlər

FHN rəsmisi: "Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir" - FOTOCəmiyyət

FHN rəsmisi: "Bakı, Sumqayıt, Abşeron və Xızıda suyun çəkilməsi işləri davam etdirilir" - FOTO

Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında suyun çəkilməsi işləri davam etdirilir.

Bu gün
14:220
8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılırCəmiyyət

8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Bakının 8 Noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır.

Bu gün
14:240
Kəmaləddin Heydərov Bibiheybətdəki təhlükəli ərazidə olub, tapşırıqlar verib - FOTO - VİDEOCəmiyyət

Kəmaləddin Heydərov Bibiheybətdəki təhlükəli ərazidə olub, tapşırıqlar verib - FOTO - VİDEO

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ərazidə olub.

Bu gün
13:580
Qeyri-etik ifadələr işlədən tiktoker HƏBS OLUNDUCəmiyyət

Qeyri-etik ifadələr işlədən tiktoker HƏBS OLUNDU

Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs saxlanılıb.

Bu gün
13:440