
Qeyri-etik ifadələr işlədən tiktoker HƏBS OLUNDU
Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs saxlanılıb.
Sosial şəbəkədə qeyri-etik və əxlaqsız ifadələr işlədən şəxs saxlanılıb.
Gundem.today-ın əldə etdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində "TikTok" platformasında canlı yayım açaraq ictimai əxlaq normalarına zidd ifadələr işlədən və nalayiq davranışlar sərgiləyən Sənur Əzizov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, o, sosial şəbəkədə açdığı canlı yayım zamanı izləyicilərə qarşı təhqiredici və etik çərçivədən kənar ifadələr işlədib. Bu səbəbdən onun barəsində müvafiq inzibati tədbir görülüb.
Faktla bağlı toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə S.Əzizov inzibati məsuliyyətə cəlb olunaraq, 15 sutka müddətinə həbs edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək
Sərnişin tələbatını təmin etmək məqsədilə 11 və 12 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.
CəmiyyətBakı, Abşeron və digər ərazilərdə əhalinin təxliyəsindən YENİ GÖRÜNTÜLƏR
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
Cəmiyyətİcra başçısı müavinini işdən çıxartdı - FOTO
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
CəmiyyətFHN rəsmisi: "Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib"
"Xızı rayonunun Sitalçay kəndində həyata keçirilən xilasetmə işləri nəticəsində 6 evdən 13 nəfər təxliyə olunub".