
"He-Man" personajının yaradıcısı Rocer Svit vəfat edib
ABŞ-li oyuncaq dizayneri və "He-Man və Kainatın hökmdarları" cizgi serialının məşhur personajı "He-Man"ın ortaq yaradıcısı Rocer Svit həyatının 92-ci ilində dünyasını dəyişib.
ABŞ-li oyuncaq dizayneri və "He-Man və Kainatın hökmdarları" cizgi serialının məşhur personajı "He-Man"ın ortaq yaradıcısı Rocer Svit həyatının 92-ci ilində dünyasını dəyişib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "Variety" nəşri paylaşıb.
Nəşrin məlumatına əsasən, R.Svit uzun müddət davam edən xəstəlikdən sonra 91 yaşında vəfat edib. O, "Mattel" korporasiyasında fəaliyyət göstərib və "He-Man" obrazının konsepsiyasını hazırlayan əsas şəxslərdən biri kimi tanınır. "He-Man" 1980-ci illərdə oyuncaqlar seriyasını, animasiya serialını və komiksləri özündə birləşdirən populyar franşizanın əsas qəhrəmanıdır. Bu obraz o dövrün uşaq malları sənayesinin vacib simvollarından birinə çevrilib və qlobal səviyyədə böyük şöhrət əldə edib. Hazırda bu franşiza çərçivəsində yeni ekran işinin nümayişinə hazırlıq görülür.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail ordusu HƏMAS-ın hərbi kəşfiyyat rəisini məhv edib - FOTO - VİDEO
İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS-ın hərbi kəşfiyyat qərargahının əməliyyat şöbəsinin rəhbərini zərərsizləşdirib.
DünyaBəzi müəllimlərin aylıq maaşında artım olacaq: Kimlərə şamil ediləcək? - VİDEO
Baku TV-nin "24 SAAT" verilişinin yeni buraxılışı yayımlanıb.
DünyaTrampın atmacasına Kraldan möhtəşəm cavab - VİDEO
Böyük Britaniya monarxı III Çarlz Amerika Birləşmiş Ştatlarının Konqresində məruzə ilə çıxış edərək, Şimali Atlantika Alyansında (NATO) həmrəyliyin vacibliyini vurğulayıb və Ukrayna məsələsində "sarsılmaz qətiyyət" nümayiş etdirməyə səsləyib.
DünyaUkraynaya məxsus PUA Qazaxıstanın Rusiya ilə sərhədində yerə çırpılıb - VİDEO
Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Qazaxıstanın Aqtobe vilayəti ərazisində qəza edib.