Son dəqiqə
Makron Ermənistana rəsmi səfər edəcək"Kəpəz"dən gələcəyə yatırım: İki gənc istedadla peşəkar müqavilə imzalandıTramp İran liderlərini qadınları həbsdən buraxmağa çağırdıMasazırda YOL PROBLEMİ: "Maşınlar sıradan çıxır" - VİDEOİran dünya çempionatında iştirak üçün ŞƏRT KƏSDİABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Mədəniyyət
  3. Kino Agentliyinin direktoru: "Biz film çəkmirik" - MÜSAHİBƏ - FOTO
Kino Agentliyinin direktoru: "Biz film çəkmirik" - MÜSAHİBƏ - FOTO
Mədəniyyət

Kino Agentliyinin direktoru: "Biz film çəkmirik" - MÜSAHİBƏ - FOTO

Bu gün
17:06
0 baxış
Paylaş:

"Kino Agentliyi olaraq bizim əsas məqsədimiz birbaşa kino çəkmək deyil, kino çəkənlər üçün şərait yaratmaqdır. Bunlar fərqli-fərqli şeylərdir. Burada istehsalçılara qədər yenə də bir neçə təchizat olmalıdır. Burada Kinematoqrafçılar İttifaqının və eyni zamanda gildiyaların çox böyük rolu var. Çünki burada ictimai nəzarət, monitorinq və s. funksiyalar mühüm əhəmiyyət daşıyır".

"Kino Agentliyi olaraq bizim əsas məqsədimiz birbaşa kino çəkmək deyil, kino çəkənlər üçün şərait yaratmaqdır. Bunlar fərqli-fərqli şeylərdir. Burada istehsalçılara qədər yenə də bir neçə təchizat olmalıdır. Burada Kinematoqrafçılar İttifaqının və eyni zamanda gildiyaların çox böyük rolu var. Çünki burada ictimai nəzarət, monitorinq və s. funksiyalar mühüm əhəmiyyət daşıyır".

Bunu Gundem.today-a müsahibəsində Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) direktoru Rəşad Əzizov deyib.

- Rəşad müəllim, ARKA kino sahəsində əsas prioritetləri necə müəyyənləşdirir?

- Hazırda kino sahəsində həyata keçirilən islahatların bir neçə əsas hədəfi var. Bu hədəflərdən biri də geniş ictimaiyyəti baş verən proseslər barədə məlumatlandırmaqdır - yəni kino sahəsində hansı dəyişikliklər gedir və bu dəyişikliklər hansı istiqamətdə inkişaf edir. Çünki kinonun inkişafı hazırda cəmiyyət üçün son dərəcə vacib olan bir məsələdir. O, həm təbliğat, həm tərbiyə, həm də yeni nəslin formalaşması baxımından güclü təsir alətlərindən biridir. Bu səbəbdən biz bir neçə istiqamət üzrə həm infrastrukturun genişləndirilməsi, həm insan kapitalının inkişafı və həm də maliyyə resurslarının cəlb edilməsini gündəmə gətiririk.

Əsas məqsədlərimizdən biri kino ekosisteminin formalaşdırılmasıdır. Bu yanaşma Mədəniyyət Nazirliyinin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Əvvəllər kino sahəsində dövlət əsas istehsalçı rolunda çıxış edirdi, bu gün isə dünya trendlərinə uyğun olaraq müstəqil kino istehsalının inkişafı prioritet məsələdir. Artıq dünya kino sənayesinə uyğun olaraq yeni prodüser şirkətləri yaranır, müstəqil yaradıcılar fəaliyyət göstərirlər. Dövlət isə bu prosesdə onlara maliyyə, təbliğat və inzibati dəstək göstərməlidir və bu dəstək mexanizmləri şəffaf, effektiv və işlək olmalıdır. Bizim əsas məqsədimiz bu institutlaşma prosesini qısa müddətdə başa çatdırmaqdır. Sistem formalaşdıqdan sonra isə kəmiyyətin keyfiyyətə keçidi təmin olunacaq.

Əlbəttə ki, bütün bu proseslər cənab Prezident tərəfindən təsdiq olunmuş "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyası çərçivəsində həyata keçirilməlidir. Bu ilin ən vacib hədəflərindən biri odur ki, biz cənab Prezidentimizin tapşırığı ilə Audiovizual sənayenin inkişafı üzrə dövlət proqramının layihəsini hazırlayırıq.

Bu sənədin hazırlanmasına ictimaiyyət də cəlb olunur. Biz mütəmadi olaraq qeyri-hökumət sektoru, sənaye nümayəndələri və yaradıcı şəxslərlə görüşlər keçirir, onların gözləntilərini və problemlərini öyrənirik. Məqsədimiz mövcud vəziyyətə uyğun, real və effektiv inkişaf planı hazırlamaqdır.

- Bu gün kinoya ayrılan maliyyə məsələsi tez-tez müzakirə olunur. Sizcə, film istehsalı üçün ayrılan büdcə kifayətdirmi?

- Bu suala cavab vermək üçün məsələyə fərqli prizmadan baxmaq lazımdır. Əsas sual budur: bizim bazarda bir film orta hesabla nə qədər gəlir əldə edə bilir? Mövcud rəqəmlər göstərir ki, bizim çox uğurlu olan layihələri, yəni bir milyon manatdan çox kassa gəliri toplayan filmləri barmaqla saymaq mümkündür. Üstəlik, bu gəlirin təxminən yarısı kinoteatrlara qalır. Nəticədə istehsalçının əldə etdiyi məbləğ o qədər də böyük olmur. Film istehsalına yatırılan vəsait əsasən bu çərçivədə formalaşır. Bu büdcə filmin çəkilməsi üçün kifayət edə bilər, lakin yüksək keyfiyyətin təmin olunması üçün əlavə resurslara ehtiyac yaranır.

Müstəqil prodüserlər tərəfindən çəkilən filmlərlə dövlət dəstəyi ilə istehsal olunan filmlərin büdcələri bəzən çox fərqlənir. Maraqlı məqam odur ki, bu amil filmlərin yayım nəticələrinə proporsional təsir göstərmir. Bu, bizim üçün yeni çağırış yaradır: dövlət tərəfindən maliyyələşdirilən filmlərin kinoteatrlar şəbəkələrində və digər yayım kanallarında distribusiya uğurunu da əsas hədəf kimi müəyyənləşdirməliyik.

Son üç ildə istehsal olunan filmlərin satışı istiqamətində də ciddi addımlar atılıb. Filmləri artıq kanallara, striminq platformalarına satırıq. Bir neçə gün əvvəl təqdimatı olan "Akinak" filminin böyük ekranlara çıxışı may ayından nəzərdə tutulur. Bu da bizim üçün çox vacib amildir.

- Rəşad müəllim, böyükbüdcəli filmlərin istehsalı üçün hansı maliyyə həddi optimal hesab olunur?

- Konkret rəqəmlə desək, irimiqyaslı filmlərin ərsəyə gəlməsi üçün bir layihənin büdcəsi azı bir milyon manatdan yuxarı olmalıdır. Əlbəttə büdcə nə qədər yüksək olarsa, nəticədə əldə olunan məhsul da bir o qədər keyfiyyətli olacaq. Həmçinin, dövlət dəstəyi ilə yanaşı, özəl investisiyaların təşviqi də xüsusi əhəmiyyət kəsb edir.

Lakin burada əsas məsələ yalnız maliyyə deyil; ən əsas məsələ odur ki, bu filmləri kimlər çəkirlər? Son üç ildə yaşadığımız bu maliyyə reallığında insan kapitalı, peşəkar kadrlar və müasir mütəxəssislər zəruri tələblərə cavab verməlidirlər.

- İnsan resurslarının çatışmazlığı kino sektoruna necə təsir edir?

- Biz yalnız yerli bazarla kifayətlənmirik, eyni zamanda xarici istehsalçıları da ölkəyə cəlb edirik. Onların tələblərinə uyğun infrastruktur və ya kadr potensialı da formalaşdırmaq lazım gəlir. Bu səbəbdən, hazırda əsas prioritetlərimizdən bi

#Azərbaycan_Respublikası_Mədəniyyət_Nazirliyi#Süni_intellekt#Azərbaycan_Respublikası_Kino_Agentliyi

Oxşar Xəbərlər

Nazir Elnur Abbasquliyevə yeni vəzifə verdi - FOTOMədəniyyət

Nazir Elnur Abbasquliyevə yeni vəzifə verdi - FOTO

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.

Bu gün
16:000
Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞAMədəniyyət

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

Dünən
09:240
Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ - VİDEOMədəniyyət

Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ - VİDEO

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Gəncədə yerləşən abidələr arasında ən mühümü isə Nizami Gəncəvi məqbərə kompleksidir.

19 aprel 2026
00:480
Bəstəkar Ramiz Mirişlinin oğlu: "Atam həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənniləri mənim mahnılarımı oxuyublar"Mədəniyyət

Bəstəkar Ramiz Mirişlinin oğlu: "Atam həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənniləri mənim mahnılarımı oxuyublar"

Görkəmli bəstəkar Ramiz Mirişli 80 illik yubileyində son müsahibələrindən birini "Kaspi"yə verdi. Bir il sonra isə - 81 yaşında dünyasını dəyişdi. Sevimli bəstəkarın vəfatından 11 il keçəndən sonra oğlu Nazim Mirişli "Kaspi"nin "Doğmalar" rubrikasına atası ilə bağlı xatirələrini danışdı.

18 aprel 2026
21:000