
Hikmət Hacıyev: "Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq uğurla inkişaf edir"
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Macarıstanın baş nazirinin Milli Təhlükəsizlik üzrə baş məsləhətçisi Marsell Biro ilə görüşüb.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Macarıstanın baş nazirinin Milli Təhlükəsizlik üzrə baş məsləhətçisi Marsell Biro ilə görüşüb.
Gundem.today xəbər verir ki, H.Hacıyev bu barədə "X" sosial media hesabında paylaşım edib.
Prezidentin köməkçisi görüşün məhsuldar keçdiyini bildirib.
"Görüş Macarıstanın təşəbbüsü ilə, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı çərçivəsində baş tutub.
Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq bütün sahələr üzrə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, habelə ortaq tarixi, etnik və mədəni bağlara söykənən türk dünyası ilə sıx əlaqələri və TDT çərçivəsindəki fəaliyyəti yüksək qiymətləndirilir", - H.Hacıyev vurğulayıb.
PA-nın xarici siyasət məsələləri şöbəsinin müdirinin sözlərinə görə, mövcud qlobal turbulentlik şəraitində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir.
Had a highly productive meeting in Budapest with Marcell Biro, Chief National Security Advisor to the Prime Minister of Hungary.The meeting took place at Hungary’s initiative within the framework of the gathering of diplomatic assistants to the heads of state and government of… pic.twitter.com/WJMZ516BAG
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətParisin Cənubi Qafqaz siyasətinin pərdəarxası: İnsan haqları ritorikası altında geosiyasi maraqlar? - VİDEO
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışında Fransanın Afrikadakı uğursuzluğu fonunda Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı apardığı siyasət barədə müzakirə aparılıb.
Siyasət"Report" Analitik Qrupundan Rusiyanın "Birinci kanal"ına tərs şillə
Mayın 6-da Rusiya dövlət mediasının efirində ölkəmizə qarşı növbəti təxribatın şahidi olduq. Ölkənin "Birinci kanalı"nda yayımlanan "Zaman göstərəcək" ("Vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsi nümayiş etdirilib, orada artıq beş il əvvəl ləğv edilmiş və uzun illər davam edən işğal və tarixi ədalətsizlik dövrü ilə assosiasiya olunan qondarma "Dağlıq Qarabağ" ayrıca inzibati vahid kimi göstərilib.
SiyasətHeydər Əliyevin anadan olmasının 103-cü ildönümü Həştərxanda qeyd edilib - FOTO
Azərbaycan xalqının ümummilli lideri, müasir və qalib respublikamızın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Rusiya Federasiyasının Həştərxan vilayətində qeyd edilib.
SiyasətBMT-dən Fransaya XƏBƏRDARLIQ
BMT-nin İrqi ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Fransanın müstəmləkəsi altında olan Kanaki (Yeni Kaledoniya) ilə bağlı bəyanat qəbul edib.