
Hikmət Hacıyev diplomatları Qarabağ Universiteti ilə əməkdaşlığa çağırıb
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusu Qarabağ Universitetinin xarici ali məktəblərlə əlaqələrinin möhkəmləndirilməsinə kömək etməyə çağırıb.
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusu Qarabağ Universitetinin xarici ali məktəblərlə əlaqələrinin möhkəmləndirilməsinə kömək etməyə çağırıb.
Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə o, Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri qarşısında çıxış edərkən bildirib.
"Mən, həmçinin diplomatik ictimaiyyəti bu ali məktəblə ölkələrinizin analoji təhsil müəssisələri arasında birbaşa əlaqələrin qurulmasına köməklik etməyə, bununla da gəncləri bilik mübadiləsi, təhsilin inkişafı və ən əsası sülh naminə birləşdirməyə çağırardım", - o qeyd edib.
H.Hacıyev vurğulayıb ki, regionda hazırkı sülh mərhələsi xüsusi əhəmiyyət kəsb edir.
"Bu gün hamımız beynəlxalq diplomatik ictimaiyyət olaraq səylərimizi sülh gündəliyinə yönəltməliyik", - o bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətMehriban Əliyeva açılışı olan İslam Səfərli küçəsindən paylaşım edib - VİDEO
Birinci vitse-prezident Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışından video paylaşıb.
SiyasətDiplomatlar Xankəndidə Qarabağ Universitetinin klinikasını ziyarət ediblər
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinin klinikasında olublar.
SiyasətMina terroru davam edir: Ermənistan məsuliyyətini dərk etməlidir - ŞƏRH
Azərbaycan-Ermənistan arasında müharibə bitsə də, ölkəmiz hələ də mina terrorundan əziyyət çəkir. Xüsusilə qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb, 877 nəfərə aid insan qalıqları ekshumasiya olunub. Lakin Ermənistan hələ də yüzlərlə məzarın yerini gizlədir. Qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq sənədlərə, 1949-cu il Cenevrə Konvensiyalarına və 1977-ci il Əlavə Protokola əsasən, müharibə nəticəsində itkin düşmüş şəxslərin taleyini aydınlaşdırm
SiyasətHikmət Hacıyev: "Azərbaycanın unikal bərpa-quruculuq təcrübəsi dünyanın heç bir yerində yoxdur"
"Diplomatik korpusun, beynəlxalq ictimaiyyətin fikri ondan ibarətdir ki, Azərbaycanın çox unikal bir bərpa-quruculuq modeli var və dünyanın heç bir bölgəsində belə təcrübə yoxdur".