Son dəqiqə
Odlar ölkəsinin fəxri: Rafael Ağayev - VİDEOABŞ uran müqabilində İranla 20 milyard dollarlıq saziş bağlamaq niyyətindədirIcrammer: Daha sürətli öyrən, daha yüksək bal al!Sabiq polkovnik-leytenantın oğlunu qətlə yetirən şəxsə HÖKM OXUNDUVahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"KİV: Fars körfəzində iki min gəmi ilişib qalıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Hikmət Hacıyev: "Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür"
Hikmət Hacıyev: "Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür"
Siyasət

Hikmət Hacıyev: "Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür"

Bu gün
19:26
0 baxış
Paylaş:

"Hazırda dörd dənizi əhatə edən genişmiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə Ermənistanın da tranzit ölkə kimi prosesə qoşulması mümkündür".

"Hazırda dörd dənizi əhatə edən genişmiqyaslı enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə Ermənistanın da tranzit ölkə kimi prosesə qoşulması mümkündür".

Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.

O qeyd edib ki, Azərbaycandakı enerji resurslarının Avropaya nəqli istiqamətində mühüm addımlar atılır və eyni zamanda, Orta Asiya ölkələri ilə də enerji əməkdaşlığı üzrə danışıqlar davam edir:

"Enerji dəhlizləri və boru kəmərləri kontekstində region tranzit mərkəzi rolunu oynayır. Bu sahədə Azərbaycan, xüsusilə, böyük və əhəmiyyətli rol oynayır".

H.Hacıyev vurğulayıb ki, Azərbaycan sülhün nə demək olduğunu yalnız nəzəri olaraq deyil, praktik olaraq da görmək niyyətindədir.

"Qafqazda biz uzun illər sülhün nə olduğunu tam şəkildə yaşamamışıq. Məhz buna görə də sülhü qurmaq, onu hiss etmək və davamlı hala gətirmək istəyirik", - o deyib.

H.Hacıyev bəyan edib ki, keçmişi geridə qoyaraq gələcəyə baxmaq vacibdir:

"Azərbaycan Qafqazda geosiyasi rolunu daha da gücləndirmək niyyətindədir. Bu gün Qafqazda sülhə doğru real addımlar atılır. Biz bu prosesin düzgün istiqamətdə irəlilədiyinə və uzunmüddətli olacağına ümid edirik".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Hikmət_Hacıyev#Antalya_Diplomatiya_Forumu

Oxşar Xəbərlər

Vahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"Siyasət

Vahan Kostanyan: "İrəvan və Bakı sülh müqaviləsinin imzalanması üçün çalışacaqlar"

"Bakı və İrəvan arasında sülh müqaviləsi artıq razılaşdırılıb və Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birgə onun imzalanması və yekun ratifikasiyası üzərində çalışacaq".

Bu gün
21:420
Kostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub"Siyasət

Kostanyan: "Bakı və İrəvan arasında qarşılıqlı ixrac üzrə ilkin razılaşmalar əldə olunub"

"Bakı və İrəvan müzakirələr aparıb, hər iki ölkədən hansı malların ixrac edilə biləcəyi barədə ilkin razılaşmalar əldə olunub".

Bu gün
21:240
Kostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir"Siyasət

Kostanyan: "Ermənistan Azərbaycan və Mərkəzi Asiyadan tədarüklər üçün enerji habı olmaq istəyir"

"Ermənistan Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisi və enerji resurslarının tədarükü üçün tranzit habı olmaq istəyir".

Bu gün
21:180
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTOSiyasət

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTO

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.

Bu gün
21:060