Son dəqiqə
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTOFaciələr qəfil olmur - biz, sadəcə, baxmırıqAndrey Sibiqa: "Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk"Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilirHikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEOİran generalından ABŞ və İsrailə çağırış: "Hərbi gücümüzü qəbul edin"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Hikmət Hacıyev: "Türkiyə-Azərbaycan əlaqələri dünya üçün örnəkdir" - VİDEO
Hikmət Hacıyev: "Türkiyə-Azərbaycan əlaqələri dünya üçün örnəkdir" - VİDEO
Siyasət

Hikmət Hacıyev: "Türkiyə-Azərbaycan əlaqələri dünya üçün örnəkdir" - VİDEO

Bu gün
19:52
0 baxış
Paylaş:

"Azərbaycan özünün sülh gündəliyi ilə bütün dünya və regionumuz üçün nümunə təqdim etdi".

"Azərbaycan özünün sülh gündəliyi ilə bütün dünya və regionumuz üçün nümunə təqdim etdi".

Gundem.today xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Haber Global" telekanalına bildirib.

"Daha əvvəl Ermənistan və Azərbaycan arasında münaqişənin nizamlanması ilə ATƏT-in Minsk qrupunun həmsədrləri məşğul olsalar da, 30 il ərzində münaqişənin həlli ilə bağlı model təqdim etmədilər. Lakin bu gün biz əminliklə və sevinclə deyə bilərik ki, regionda münaqişə artıq başa çatıb. Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə qədəm qoymuşuq. Vaşinqton Zirvəsindən sonra onun ruhuna sadiq olaraq Azərbaycan bütün regionun tamamilə transformasiyası istiqamətində addımlar atır. Bu xüsusda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət əlaqələri də başladı. Təbii ki, hələ də həll edilməmiş mövzular var. Bu, Ermənistanın Konstitusiyası ilə bağlı xüsuslardır. Azərbaycana qarşı ərazi iddialarını tamamilə aradan qaldırdıqdan sonra yekun sülh sazişini imzalamağa hazır olacağıq", - deyə Hikmət Hacıyev vurğulayıb.

Hikmət Hacıyev Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd edərək bildirib:

"Vaxtilə "İstanbuldan Şanxaya dəmiryolu olacaq" kimi fikirlər utopik səslənsə də, bu gün hesab edirik ki, Zəngəzur dəhlizinin qurulması ilə bu, reallığa çevriləcək. Bununla Türkiyə və Azərbaycan üzərindən Mərkəzi Asiyadan olan qardaşlarımızla birləşəcəyik".

O, Türkiyə-Azərbaycan əlaqələrinin dünya üçün örnək daşıdığını deyib:

"Burada ölkələrimizin liderlərinin xüsusi rolunu, cənab Prezident İlham Əliyevin, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın xidmətlərini qeyd etmək istərdim. Onların strateji baxışları əsasında Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, tarixi, mədəni bağlantılarımız daha üst səviyyəyə çıxarıldı. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə əlaqələri institusional mexanizmə çevrildi".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Hikmət_Hacıyev#İlham_Əliyev#Rəcəb_Tayyib_Ərdoğan#Ermənistan#Zəngəzur_dəhlizi#Haber_Global#Şuşa_Bəyannaməsi#ATƏT-in_Minsk_qrupu#Avropada_Təhlükəsizlik_və_Əməkdaşlıq_Təşkilatı_(ATƏT)

Oxşar Xəbərlər

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTOSiyasət

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib - FOTO

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.

Bu gün
21:060
Andrey Sibiqa: "Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk"Siyasət

Andrey Sibiqa: "Azərbaycanla münasibətlərin daha da yaxşılaşdırılmasına böyük önəm veririk"

"Ukrayna Azərbaycanla qarşılıqlı faydalı enerji tərəfdaşlığı qurmaq niyyətindədir".

Bu gün
20:480
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilirSiyasət

Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir

Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilir.

Bu gün
20:360
Hikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEOSiyasət

Hikmət Hacıyev: "Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib" - VİDEO

"Azərbaycanın xarici siyasət gündəliyi sülhə yönəlib".

Bu gün
20:300