
İran generalından ABŞ və İsrailə çağırış: "Hərbi gücümüzü qəbul edin"
Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və İsrailin hökumət başçısı Benyamin Netanyahuya səslənərək, onları İran silahlı qüvvələrinin qüdrətini etiraf etməyə dəvət edib.
Rəsmi Tehran Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və İsrailin hökumət başçısı Benyamin Netanyahuya səslənərək, onları İran silahlı qüvvələrinin qüdrətini etiraf etməyə dəvət edib.
Gundem.today xəbər verir ki, bu barədə İranın "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahının rəhbəri, general-leytenant Əli Əbdüllahi danışıb.
O qeyd edib ki, Vaşinqton və Təl-Əviv İranın hərbi imkanlarını, eləcə də vətəndaşlarının dözümlülüyünü diqqətə almalıdır. "İran ordusunun qüdrəti və xalqın əzmi qarşısında onların geri çəkilməkdən savayı heç bir alternativi qalmayıb", - deyə o vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKİV: Fars körfəzində iki min gəmi ilişib qalıb
Hörmüz boğazındakı vəziyyət səbəbindən Fars körfəzində təxminən 20 000 dənizçi və təxminən 132 milyon barel neft daşıyan 2 000 gəmi blokadada qalıb.
DünyaTramp: "İran uranın zənginləşdirilməsini dayandırmağa razılıq verib"
ABŞ Prezidenti Donald Tramp 17 aprel tarixində verdiyi bəyanatda İran hakimiyyətinin uranın zənginləşdirilməsini dayandırmağa razılıq verdiyini iddia edib.
DünyaErmənistanda keşişlərin həbsxanaları ziyarət etmələri qadağan olundu
Ermənistan Ədliyyə Nazirliyi din xadimlərinə cəzaçəkmə müəssisələrini ziyarət etməyi qadağan edib.
DünyaTramp NATO-nun yardım təklifini rədd etdi
ABŞ Prezidenti Donald Tramp NATO-nun Hörmüz boğazındakı fəaliyyətlərdə Vaşinqtona dəstək təklifini rədd edib və alyansın faydalılığına şübhə ilə yanaşıb.