
Hikmət Hacıyev: "Vətən müharibəsindən sonra 400-dən çox mülki şəxs minadan zərər çəkib" - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 Aprel - Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı paylaşım edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 4 Aprel - Beynəlxalq Mina Maarifləndirmə Günü ilə bağlı paylaşım edib.
Gundem.today xəbər verir ki, bu barədə Prezidentin köməkçisi "X" sosial media hesabında paylaşım edib.
O bildirib ki, 30 illik işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin təxminən 12 faizi 1.5 milyondan çox mina ilə çirkləndirilib:
"2020-ci ildən sonra sülh dövründə 400-dən çox mülki şəxs həlak olub və ya ağır yaralanıb. Mina çirklənməsi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma və bərpa işlərinə, həmçinin keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına mane olur.
Bunlar sadəcə rəqəmlər deyil. Bu rəqəmlərin arxasında yarımçıq qalmış həyatlar, dağılmış ailələr və oğurlanmış gələcək dayanır. Ərazilərin minalardan təmizlənməsi sadəcə texniki bir proses deyil. Bu, ədalətin bərpasıdır. Bu, insan ləyaqətinin qorunmasıdır. Bu, insanların öz evlərinə təhlükəsiz şəkildə qayıtmaq kimi fundamental hüququnun təmin edilməsidir".
April 4 — International Mine Awareness Day 🌍While the world moves forward, Azerbaijan continues to live under a silent, invisible threat — every single day.• Around 12 percent of Azerbaijan’s territory contaminated with 1.5 million more landmines by Armenia during 30 year… pic.twitter.com/eiub37iAZ5
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPezeşkian İlham Əliyevə təşəkkür etdi
İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
SiyasətAzərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək
Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.
SiyasətGücü tükənməyən İran hansı taktika ilə müharibə aparır? - Fərqli gerçəklər üzə çıxdı - VİDEO
Yaxın Şərqdə hərbi balans dəyişir, amma tam pozulmur. ABŞ və İsrailin həftələrlə davam edən intensiv hava zərbələrinə rəğmən, İranın hərbi potensialı hələ də ciddi ölçüdə qalmaqdadır.
SiyasətHörmüz dalanı və Azərbaycanın rolunun güclənməsi - VİDEO
"İran ətrafındakı münaqişə fonunda Hörmüz boğazının blokadası qlobal enerji bazarlarında dəyişkənliyi artırıb və tez reaksiya verən diplomatik mexanizmlərin məhdudluğunu üzə çıxarıb".