Son dəqiqə
"Santos"da şok qalmaqal: Neymar məşqdə Robinyonun oğlunu vurdu"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanatCENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYAQlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏBABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Hindistan və Nepal arasında yeni sərhəd münaqişəsi
Hindistan və Nepal arasında yeni sərhəd münaqişəsi
Dünya

Hindistan və Nepal arasında yeni sərhəd münaqişəsi

Bu gün
14:18
0 baxış
Paylaş:

Tibetdə yerləşən müqəddəs Kailaş dağı və Mansarovar gölünə aparan Lipulex aşırımı üzrə marşrut Nepalla Hindistan arasında növbəti sərhəd böhranına səbəb olub.

Tibetdə yerləşən müqəddəs Kailaş dağı və Mansarovar gölünə aparan Lipulex aşırımı üzrə marşrut Nepalla Hindistan arasında növbəti sərhəd böhranına səbəb olub.

Gundem.today TASS-a istinadla məlumat verir ki, hər iki dövlətin rəsmiləri yaranmış vəziyyətlə əlaqədar qarşılıqlı bəyanatlar səsləndiriblər.

Katmandu hökuməti öz ərazisi hesab etdiyi Lipulex aşırımı üzərindən həyata keçirilən dini səfərlərə etiraz əlaməti olaraq Çin və Hindistana diplomatik nota təqdim edib. Nepalın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lok Bahadur Paudel Çhetrinin sözlərinə görə, ölkənin narazılığı "diplomatik yollarla hər iki qonşu dövlətə" çatdırılıb.

XİN nümayəndəsi vurğulayıb ki, 1816-cı ildə imzalanmış Suqauli müqaviləsinin şərtlərinə əsasən, Kalapani, Lipulex və Limpiyadhura bölgələri Nepal torpaqları hesab edilir. O, həmçinin qeyd edib ki, rəsmi Katmandu Hindistandan bu ərazidəki bütün fəaliyyətlərini, o cümlədən infrastruktur layihələrini, ticarət əlaqələrini və ziyarət yürüşlərini dayandırmağı tələb edib.

Öz növbəsində, Hindistan Xarici İşlər Nazirliyinin rəsmisi Randhir Caysval Yeni Dehlinin mövqeyini yenidən səsləndirərək Nepalın iddialarına cavab verib. "Ərazi iddialarına gəldikdə, Hindistan qəti şəkildə bildirir ki, bu tələblərin heç bir tarixi əsası və ya sübutu yoxdur. Ərazi sərhədlərinin bu cür təktərəfli və süni şəkildə genişləndirilməsi cəhdləri qəbuledilməzdir", - deyə Caysval bildirib.

Randhir Caysval əlavə edib ki, Lipulex keçidi 1954-cü ildən etibarən Mansarovar və Kailaşa gedən ənənəvi dini ziyarət marşrutu kimi istifadə olunur və bu, "yeni hadisə deyil". Hindistan XİN təmsilçisi vurğulayıb ki, Yeni Dehli Nepal ilə bütün ikitərəfli məsələlərdə, xüsusən də həllini tapmamış sərhəd problemlərində dialoq və diplomatiya vasitəsilə sağlam əməkdaşlığa açıqdır.

Qeyd edək ki, Lipulex aşırımı vasitəsilə ziyarətlər beş illik fasilədən sonra 2025-ci ildə yenidən bərpa edilib. Bu addım Çin ilə Hindistan arasında Faktiki Nəzarət Xəttindəki uzunmüddətli hərbi gərginliyin başa çatmasından sonra əlaqələrin normallaşdırılması tədbirləri çərçivəsində atılıb. Növbəti ziyarətin 2026-cı ilin iyun və avqust ayları arasında keçirilməsi nəzərdə tutulur. Bu müddətdə hər biri 50 nəfərdən ibarət olan on qrupun həmin aşırımdan keçməsi planlaşdırılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Nepal#Hindistan

Oxşar Xəbərlər

"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanatDünya

"İran Hörmüzdən keçən tankerə PUA-larla hücum edib" - BƏƏ-dən bəyanat

"İran qüvvələri Hörmüz boğazından keçən ADNOC neft şirkətinə məxsus tankerə iki PUA ilə hücum edib".

Bu gün
16:030
CENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYADünya

CENTCOM-dan ABŞ gəmisinin vurulmasına REAKSİYA

İran tərəfindən həyata keçirilən hücumlar zamanı ABŞ-yə məxsus heç bir gəmiyə ziyanın dəymədiyi bildirilib.

Bu gün
15:560
Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏBDünya

Qlobal aviaşirkətlər iki milyon sərnişin yerini ixtisar etdilər - SƏBƏB

Beynəlxalq aviaşirkətlər gələcəkdə yarana biləcək yanacaq qıtlığı təhlükəsini nəzərə alaraq son iki həftə ərzində may ayı üzrə uçuş cədvəllərindəki sərnişin yerlərinin sayını iki milyon azaldıblar.

Bu gün
15:540
ABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndüDünya

ABŞ-nin Hörmüzdə saxladığı İran gəmisinin 15 nəfərlik heyəti geri döndü

ABŞ tərəfindən saxlanılan İrana məxsus "Touska" konteyner gəmisinin 15 nəfərlik heyəti İslam Respublikasına qayıdıblar.

Bu gün
15:530