
Hindistanda zənciri qopan fil mərasim zamanı dəhşət saçdı: Ölən var - VİDEO
Hindistanın Kerala ştatında Mahavişnu hindu məbədində keçirilən xeyir-dua mərasiminə gətirilən fil zəncirdən qoparaq talan törədib.
Hindistanın Kerala ştatında Mahavişnu hindu məbədində keçirilən xeyir-dua mərasiminə gətirilən fil zəncirdən qoparaq talan törədib.
Gundem.today "The Sun" nəşrinə istinadən xəbər verir ki, heyvan park edilmiş minik avtomobilinə hücum edərək onu xortumu ilə deşib, aşırıb və dişləri ilə qapısına zərər vurub.
Nəticədə fil onu məbədə gətirən Kollam şəhər sakini, 40 yaşlı Vişnunu tapdalayaraq öldürüb. Məlumata görə, fil iki saat ərzində ətrafdakı hər şeyi dağıdıb.
Hadisədən sonra o, həlak olan şəxsin cəsədinin yanında qalaraq ətrafdakıların kömək üçün yaxınlaşmasına imkan verməyib. İnsident zamanı daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Heyvanı yalnız trankvilizator vasitəsilə dayandırmaq mümkün olub, bundan sonra o, ziyarətgahın yaxınlığındakı kokos palmasına bağlanıb.
Həmçinin bildirilir ki, həmin gün İrincallakuda şəhərindəki Kudamanikyam məbədində də analoji hadisə baş verib. Fil 25 yaşlı təlimçi köməkçisini tapdalayıb, həmin şəxs xəstəxanaya aparılarkən yolda vəfat edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrail ABŞ-dən "F-35" və "F-15IA" qırıcıları alacaq
İsrail Hərbi Hava Qüvvələri ABŞ istehsalı olan "F-35" və "F-15IA" qırıcı təyyarələrindən ibarət iki yeni eskadrilya alacaq. Təyyarələrin bu iki böyük partiyasının alınması silahların satınalması üzrə nazirlər komissiyası tərəfindən təsdiq edilib.
DünyaSEPAH ABŞ-yə ultimatum verdi
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu iddia edib.
Dünyaİranda etiraz aksiyalarının iştirakçısı edam edildi
Bu gün İranda "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə edam edilib.
DünyaÇexiyada Ermənistan səfirinin seyfi oğurlanıb
Naməlum şəxslər Ermənistanın Çexiyadakı səfirliyinin Praqa şəhərində yerləşən binasından səfirə məxsus seyfi oğurlayıblar.