
İranda etiraz aksiyalarının iştirakçısı edam edildi
Bu gün İranda "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə edam edilib.
Bu gün İranda "Qadın, Həyat, Azadlıq" etiraz hərəkatı zamanı saxlanılan siyasi məhbus Mehrab Abdullazadə edam edilib.
Gundem.today "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, 28 yaşlı Mehrab Abdullazadə Urmiya şəhərinin sakini olub və 2022-ci il oktyabrın 30-da Məhsa Əmininin ölümündən sonra ölkə boyu başlayan kütləvi etirazlar fonunda həbs edilib.
İslam Respublikasının məhkəmə-ədliyyə sistemi Abdullazadəni "ölkədə iğtişaşlar yaratmaq"da təqsirli bilib. İstintaq orqanları onun Urmiyada hökumətyönlü könüllü qrupun üzvü Abbas Fatemiyyənin ölümü ilə bağlı hadisədə iştirak etdiyini iddia ediblər.
Bir gün əvvəl insan haqları fəalları Abdullazadənin təkadamlıq kameraya köçürüldüyünü və zindandan naməlum istiqamətdə aparıldığını bildirmişdilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSEPAH ABŞ-yə ultimatum verdi
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın bəyanatlarına cavab olaraq Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu iddia edib.
DünyaHindistanda zənciri qopan fil mərasim zamanı dəhşət saçdı: Ölən var - VİDEO
Hindistanın Kerala ştatında Mahavişnu hindu məbədində keçirilən xeyir-dua mərasiminə gətirilən fil zəncirdən qoparaq talan törədib.
DünyaÇexiyada Ermənistan səfirinin seyfi oğurlanıb
Naməlum şəxslər Ermənistanın Çexiyadakı səfirliyinin Praqa şəhərində yerləşən binasından səfirə məxsus seyfi oğurlayıblar.
DünyaABŞ-dən Almaniya əleyhinə daha bir addım
ABŞ Almaniyada öz uzaqmənzilli silahlarının, o cümlədən "Tomahawk" qanadlı raketlərinin yerləşdirilməsi planlarını nəzərdən keçirə bilər.