
Hörmüz boğazından keçid ödənişli olacaq? - İran parlamentindən qərar
İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.
İran parlamenti Hörmüz boğazından gəmilərin keçməsi üçün ödəniş edilməsi haqqında qanun qəbul edə bilər.
Gundem.today-ın İranın "Entekhab" portalına istinadən xəbərinə görə, bu barədə İran parlamentinin Təkmilləşdirmə komitəsinin rəhbəri Məhəmməd Rza Rezai Kuçi məlumat verib.
"Biz parlamentdə qanun layihəsi hazırlayırıq və buna əsasən, İranın Hörmüz boğazı üzərindəki hökmranlıq, suverenlik və nəzarət qanuni olaraq təsbit ediləcək, keçid üçün ödənişlərin toplanması isə ölkə üçün həmçinin gəlir mənbəyi yaradacaq", - deyə Məhəmməd Rza Rezai Kuçi bildirib.
Millət vəkilinin sözlərinə görə, qanun layihəsi hazırlanıb, lakin əlavə düzəlişlər tələb olunur. Onun tezliklə parlamentə baxılmaq üçün təqdim edilməsi gözlənilir.
"Bu qanun layihəsinə əsasən, İran Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyini təmin etmək üçün ödəniş alacaq. Bu, tamamilə təbiidir. Digər tranzit marşrutlarında olduğu kimi, yüklərə də rüsumlar tətbiq olunur. Hörmüz boğazı da tranzit dəhlizidir. Biz onun təhlükəsizliyini təmin edirik, gəmilərin və tankerlərin ödəniş etməsi tamamilə təbiidir", - deyə parlamentari qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaƏli Laricaninin dəhşətli ölümü: "Başı, bədəni yox idi, yalnız bir əli qalmışdı"
"Qardaşımın başı, bədəni yox idi və yalnız bir əli qalmışdı".
DünyaRusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürdü
Rusiya ordusu Ukraynada yaşayış məntəqəsini nəzarətə götürüb.
DünyaƏraqçı İranın şərtlərini Pakistan tərəfinə çatdırdı
İranın xarici işlər naziri Abbas Əraqçı Tehranın Vaşinqtonla dialoqundа vasitəçi rolunu oynayan Pakistan tərəfinə İslam Respublikasının mövqeyini, həmçinin ABŞ-nin tələblərinə dair qeydlərini çatdırıb.
DünyaMalinin ən böyük hərbi bazasında partlayış və atışma olub
Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb.