Son dəqiqə
Rusiyalı kişi vanna otağında hörümçək gördü, səhəri milyonçu olduQlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzəKonqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"İşçiləri də özü seçdi: İsveçdə "Mona" adlı süni intellekt kafe idarə edirİnsanlar niyə ağrılı və uğursuz münasibətlərə qayıdırlar? - Psixoloq rəyiGəncədə məktəbdə dəhşətli hadisə: Şagird bıçaqlandı
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Husilərdən Səudiyyə Ərəbistanına XƏBƏRDARLIQ: "Yaxın Şərqdə müharibəyə qoşula bilərik"
Husilərdən Səudiyyə Ərəbistanına XƏBƏRDARLIQ: "Yaxın Şərqdə müharibəyə qoşula bilərik"
Dünya

Husilərdən Səudiyyə Ərəbistanına XƏBƏRDARLIQ: "Yaxın Şərqdə müharibəyə qoşula bilərik"

27 mart 2026
12:31
2 baxış
Paylaş:

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) qruplaşması Səudiyyə Ərəbistanı rəhbərliyinə xəbərdarlıq edərək, Yaxın Şərqdəki mövcud toqquşmalara qoşulacağı ilə bağlı hədə-qorxu gəlib.

Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" (husilər) qruplaşması Səudiyyə Ərəbistanı rəhbərliyinə xəbərdarlıq edərək, Yaxın Şərqdəki mövcud toqquşmalara qoşulacağı ilə bağlı hədə-qorxu gəlib.

Gundem.today xəbər verir ki, bu barədə Yəmənin SABA xəbər agentliyi məlumat yayıb.

"Açıq şəkildə bildirirəm ki, zəmanəmizin tiranlarına - yəhudilərə, sionistlərə və onların amerikalı tərəfdaşlarına qarşı cihad şəklində olan islami borcumuzu icra etməkdən geri durmayacağıq", -deyə qruplaşmanın rəhbəri Əbdül Malik əl-Husi çıxışında vurğulayıb.

O, Ər-Riyad hökumətini Yəmən əhalisinə qarşı yönəlmiş ədavətə son qoymağa və mehriban qonşuluq siyasətinə əməl etməyə çağırıb.

Martın 14-də qruplaşmanın siyasi büro təmsilçisi Məhəmməd əl-Buheyti İranla tam şəkildə razılaşdırılmış fəaliyyət göstərdiklərini və bu ölkəyə hərbi yardımla bağlı qərarın ən münasib vaxtda açıqlanacağını söyləyib. Bunun ardınca qruplaşmanın nümayəndəsi Əbdül əs-Sovr münaqişəyə müdaxilə edəcəkləri halda ilkin olaraq ABŞ və Təl-Əvivə qarşı rəsmi dəniz blokadası tətbiq olunacağını, həmçinin Bab əl-Məndəb boğazının İsrail limanlarına istiqamətlənən bütün gəmilər üçün tamamilə bağlanacağını bildirib. Yerli medianın yaydığı məlumatlarda Səudiyyə Ərəbistanı diplomatik vasitələrlə husilərin İran, ABŞ və İsrail arasındakı gərginliyə qarışmaması üçün əlindən gələni etdiyi də bildirilir.

Xəbərlərə əsasən, Vaşinqton və Təl-Əviv isə təşkilatı aktiv döyüşlərə sürükləyəcək hər hansı təxribat xarakterli addımlardan uzaq durmağa çalışırlar.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Qlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzəDünya

Qlobal ərzaq böhranı qapıdadır: Dünya aclıq riski ilə üz-üzə

Dünya qlobal ərzaq böhranı təhlükəsi ilə üz-üzədir.

Bu gün
02:310
Konqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"Dünya

Konqresmendən UNO iddiası: "Məxfi bazada qəribə obyektlər gördüm"

ABŞ Konqresinin üzvü Anna Paulina Luna yadplanetli mənşəli olduğu iddia edilən hadisələrlə bağlı mətbuat konfransı keçirəcəyini açıqlayıb.

Bu gün
02:140
İşçiləri də özü seçdi: İsveçdə "Mona" adlı süni intellekt kafe idarə edirDünya

İşçiləri də özü seçdi: İsveçdə "Mona" adlı süni intellekt kafe idarə edir

Stokholmda (İsveç) "Google"un "Gemi" bazasında süni intellekt tərəfindən tam idarə olunan kafe açılıb.

Bu gün
02:010
İnsanlar niyə ağrılı və uğursuz münasibətlərə qayıdırlar? - Psixoloq rəyiDünya

İnsanlar niyə ağrılı və uğursuz münasibətlərə qayıdırlar? - Psixoloq rəyi

İnsanlar çox vaxt əziyyət çəkmək istədikləri üçün deyil, öyrəşdikləri emosional ssenarilərə görə onlara zərər verən münasibətlərə yenidən qayıdırlar.

Bu gün
01:480