Son dəqiqə
ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil" - VİDEOQarabağın su ehtiyatlarının Bakıya ötürülməsi mümkün ola bilər - VİDEOZaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏMüzakirələrdən gözləntilər: İranın razılaşma şərtlərinə əməl etməmə SƏBƏBLƏRİ - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO
İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO
Cəmiyyət

İdeyadan real biznesə ilk addım: Bakıda 6-cı Startap Forumu keçirildi - FOTO

Bu gün
17:11
1 baxış
Paylaş:

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu uğurla baş tutub.

Gundem.today xəbər verir ki, təşkilatçısı "Miniboss" Biznes Məktəbi olan bu tədbir artıq ölkəmizdə sahibkarlıq sahəsində formalaşmış mühüm bir ənənəyə çevrilib.

Bu il də forumda 20 komanda iki istiqamət üzrə - SIFE (Startups in Innovative Free Entrepreneurship) və SAGE (Startups for the Advancement of a Global Environment) kateqoriyalarında biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkar və investorlarına təqdim ediblər.

Onlardan 11 komanda SIFE, 9 komanda isə SAGE kateqoriyası üzrə çıxış edib.

Qeyd edək ki, SIFE - sərbəst sahibkarlıq üzrə yaradılan startapları, SAGE isə qlobal ətraf mühitin inkişafına yönəlmiş layihələri əhatə edir.

"Miniboss Business School"un Bakı nümayəndəliyinin təsisçisi Nərminə Həsənova açılış nitqində bildirib ki, hər il olduğu kimi, bu il də aprel ayında Startap Biznes Forumu keçirilir və bu səhnə gənc sahibkarların ilk ciddi təqdimat platformasına çevrilib:

"Komandaların formalaşması prosesini hər il xüsusi diqqətlə izləyirəm. Bu il şagirdlər məhsul üzərində işləyərkən daha tez ortaq qərara gəliblər və bütün komanda üzvləri eyni həvəs və sevgi ilə ideyalarına yanaşıblar. Bu, çox önəmli göstəricidir."

Daha sonra çıxış edən "Miniboss" Biznes Məktəbinin direktoru Alina Xələfova forumun əhəmiyyətindən və məktəbin fəaliyyətindən danışıb:

"Bu gün 10 aylıq akademik ilin ən vacib günlərindən biridir. Məhz bu gün şagirdlərimiz öz ideyalarını real səhnədə, canlı auditoriya qarşısında təqdim edirlər. Bu, heç də asan deyil - hətta bir çox böyüklər belə bu cür platformalarda çıxış etmək imkanı əldə etmir. Lakin bizim şagirdlər bu imkana artıq uşaqlıqdan sahib olurlar".

Onun sözlərinə görə il ərzində tələbələr "Coca-Cola", "Aquavita", "Milla", "Diamed" və "Alufar" kimi şirkətlərə təşkil olunan biznes turlarında iştirak edərək bilik və təcrübələrini artırıblar.

Forum çərçivəsində gənc startapçılar layihələrini təqdim edərək biznes planlarını, ideyanın üstünlüklərini, hədəf auditoriyasını, bazar araşdırmasını, maliyyə göstəricilərini və ilkin kapital ehtiyaclarını münsiflər heyətinə təqdim ediblər. Təqdimatlar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib və seçilən komandaların layihələrinin həyata keçirilməsi üçün müvafiq qrantlar ayrılıb.

"Miniboss Business School" qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən 6-17 yaşlarında uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan "Miniboss Business School" hər il olduğu kimi bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında Startap Forum - milli və dünya çempionatları təşkil edir. Qeyd edək ki, bu il dünya çempionatı 9-12 iyul tarixlərində İsveçrənin Davos şəhərində keçiriləcək.

Daha çox şəkil burada: PhotoStock.Az

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#startap_forumu#miniboss_biznes_məktəbi#gənc_sahibkarlar#uşaqlar_üçün_biznes_təhsili#biznes_layihələri#sife_və_sage#startap_qrantları#davos_dünya_çempionatı#innovativ_təhsil#gənclərin_inkişafı

Oxşar Xəbərlər

ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil" - VİDEOCəmiyyət

ADSEA sədri: "Dünyanın heç bir yerində bu cür ekstremal hallara tam hazırlıq görmək mümkün deyil" - VİDEO

Mart ayının sonlarında Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü yağışların yaratdığı problemlərin əsas səbəbləri açıqlanıb.

Bu gün
20:400
Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi mümkün ola bilər - VİDEOCəmiyyət

Qarabağın su ehtiyatlarının Bakıya ötürülməsi mümkün ola bilər - VİDEO

"İşğaldan azad olunmuş ərazilərin zəngin su ehtiyatlarından Bakının içməli su təminatında istifadə imkanları araşdırılır".

Bu gün
20:430
Zaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"Cəmiyyət

Zaur Mikayılov: "Abşeronda qurudulan göl ərazilərində satılan evlər təhlükəlidir"

"Bakıda su təsərrüfatı sahəsində mövcud problemlərin əsas səbəblərindən biri qanunsuz qoşulmalar və mühafizə zonalarında aparılan tikintilərdir".

Bu gün
20:450
ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"Cəmiyyət

ADSEA sədri: "Bakıda texniki və içməli su şəbəkələri ayrılacaq"

"Bakıda texniki su ilə içməli su şəbəkələrinin ayrılması istiqamətində layihələr həyata keçiriləcək".

Bu gün
20:460